Ölkəyə 1,5 milyard qazandıran MAHNI

07:17 06-07-2021 | icon 366 | Şou-biznes
Ölkəyə 1,5 milyard qazandıran MAHNI

Bu mahnıya görə K-pop məktəb dərsliklərinə salındı

 

Cənubi Koreya məktəblərində K-pop məktəb proqramlarına daxil edilməyə başlanıb.

 

Bu barədə ABC News xəbər verir.

Bildirilir ki, milli pop musiqisində ixtisaslaşmaq üçün məktəblərdən biri özünün dərs proqramını hazırlayıb.

 

Bunun üçün təhsil müəssisəsi bölgə hökumətindən 10 milyon dollardan çox sərmayə alıb. Bir sıra başqa ümumtəhsil məktəblərində isə K-pop həm ibtidai, həm də orta siniflərdə akademik mövzuya çevrilib.

 

Qeyd edək ki, K-pop sənayesinin inkişafına maraq Cənubi Koreyanın BTS qrupunun  uğurlarından qaynaqlanır. Qrupun “Dynamite” mahnısı uzun müddət “Billboard Hot 100” siyahısında ilk yerlərində olub.

 

Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyi yayımladığı analitik hesabata əsasən  “Dynamite” ölkəyə 1,5 milyard dollara (2,5 milyard manat) qədər gəlir gətirib.

 

Yeri gəlmişkən BTS may ayında təqdim etdikləri “Butter” musiqsinin klipi ilə bir neçə yeni rekorda imza atıb. Belə ki, təqdimat zamanı klipi bütün dünyada eyni anda 4 000 000 adam izləyib, paylaşıldığı ilk 24 saatda 108 milyon baxışla ən çox baxılan klip olub. Hazırda klipə 421 milyondan çox insan baxıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq