"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

15:42 13-11-2018 | icon 487 | Dünya
"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

 

ABŞ-ın İran əleyhinə sanksiyalar tətbiq etməsinə rəğmən, İran və İraqın ticarət dövriyyəsi son aylarda artıb.

 

Versus.Az xəbər verir ki, bunu İraqın Ticarət Palataları Birliyinin sədri Cəfər əl-Hamdani 45-ci Bağdad Beynəlxalq Sərgisində deyib.

 

Onun sözlərinə görə, cari ilin ilk altı ayında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 4 milyard dollardan 6,4 milyard dollara çatıb:

 

"İranın İraqa ixrac etdiyi qaz və elektrikin həcmi qeyd olunan müddət ərzində təxminən 40 faiz artıb. Bu rəqəmlər iki ölkənin əməkdaşlıq və iqtisadi münasibətləri genişləndirməkdə ciddi iradəyə sahib olduğunu göstərir".

 

Qeyd edək ki, 45-ci Bağdad Beynəlxalq Sərgisində 18 ölkə - İraq, İran, Suriya, Pakistan, Yaponiya, İordaniya, Fransa, Almaniya, İndoneziya, İtaliya, Fələstin, Cənubi Koreya, Taivan, Macarıstan, Ukrayna, İspaniya, Hindistan və Tunis iştirak edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı