"26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz"

16:35 13-11-2018 | icon 431 | Gündəm
"26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz"

 

"Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəniş almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul etdim, şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq, amma kiminsə hüquqi haqqı olmadan bunu tələb etməsi düzgün deyil".

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır. Onun sözlərinə görə, bəziləri iddia edir ki, onların yerinə müvafiq sənədlərə saxta imza çəkilib:

 

“Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Böyük əksəriyyət dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmirlər. Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin. 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz. Qanuna görə 5 il müddət nəzərdə tutulur, 5 ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə və məhkəməyə müraciət edə bilərlər. Hər birimiz üçün müqəddəs olan şəhid adından sui-istifadə etmək düzgün deyil”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür