İran qərar verdi

16:26 07-07-2021 | icon 385 | İqtisadiyyat
İran qərar verdi

İran ölkə daxilində davam edən elektrik kəsintiləri fonunda Azərbaycan, Türkmənistan və Ermənistandan enerji idxalına qərar verib.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə çərşənbə günü İranın elektrik enerjisi sənayesinin rəsmi nümayəndəsi Mojtab Rəcəbi Məşhədi məlumat verib.

 

Onun sözlərinə görə, enerji ixracı demək olar ki, tamamilə dayandırılıb.

 

“Hazırda elektrik enerjisi Türkmənistan, Azərbaycan və Ermənistandan idxal olunur. Əfqanıstana cəmi 50 meqavat enerji ixrac edirik” - deyə o bildirib.

 

Bundan əvvəl İran mediası 1000 meqavat gücündə iki elektrik stansiyasında elektrik enerjisinin kəsilməsi barədə məlumat yaymışdı. Ölkənin hər yerində - dövlət idarələrində, yaşayış və sənaye obyektlərində elektrik enerjisi kəsilir. Xüsusilə, keçən həftə sonu İranda elektrik enerjisində kəsintilər olub, bunun gələn həftənin birinci yarısında yenidən baş verməsi mümkündür. Ölkə rəhbərliyi vətəndaşlardan xüsusilə günortadan sonra elektrik istehlakını mümkün qədər azaltmalarını istəyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq