Nazir Gürcüstan parlamentinin sədri ilə görüşdü

18:58 07-07-2021 | icon 344 | Mədəniyyət
Nazir Gürcüstan parlamentinin sədri ilə görüşdü

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

 

Versus.az xəbər verir ki, görüşdə iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib.

 

K.Kuçava Gürcüstanın Azərbaycanla münasibətlərə və qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Spiker Gürcüstan parlamenti və Milli Məclis arasında fəal əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin olduğunu bildirib.

 

Tərəflər parlamentlərin mədəniyyət komitələri arasında və humanitar sahədə əməkdaşlıq, birgə mədəni tədbirlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

 

Görüşdə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev də iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq