Nazirlik elektron arayışlar xidmətini istifadəyə verdi

19:19 07-07-2021 | icon 922 | Təhsil
Nazirlik elektron arayışlar xidmətini istifadəyə verdi

İyulun 7-də Təhsil Nazirliyinin platformasında elektron arayışlar xidməti istifadəyə verilib.

 

Bu barədə nazirlik məlumat yayıb.

 

Bildirilib ki, bu xidmət vasitəsilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər qeyd olunan arayış növlərini elektron formada əldə edə biləcəklər:

 

- Ali təhsil pilləsində təhsil almaq barədə arayış;

- Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;

- Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;

- Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;

- Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;

  • Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.

 

Sözügedən elektron arayışların alınması üçün portal.edu.az platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır.

 

Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.

 

Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında ID nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq