Sabiq rektor vəfat etdi

11:21 09-07-2021 | icon 810 | Təhsil
Sabiq rektor vəfat etdi

Professor Bayram Tahirbəyov vəfat edib.

 

Bu barədə filologiya üzrə fəlsəfə doktoru Nüşabə Sadıxlı məlumat yayıb.

 

Bayram Harun oğlu Tahirbəyov 1954-cü ildə Moskva Dövlət Universitetinin “Rus dili və rus ədəbiyyatı” ixtisasını bitirib. 1964-cü ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyaları müdafiə edib.

 

1960-cı ildən 1990-cı ilə kimi Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Rus dili, Rus dilçiliyi, Ümumi dilçilik kafedralarında assistent, dosent, professor vəzifələrində işləyib, Ümumi filologiya və Dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

 

 

Daha sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda rus dili və xarici dil müəllimlərinin ixtisasartırma fakültəsində ümumi və rus dilçiliyi, ümumi və slavyan filologiyası fənlərini tədris edib.

 

1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institutunun (hazırkı Bakı Slavyan Universitetinin) rektoru vəzifəsində işləyib.

 

Elmi-pedaqoji kadrların hazırlanmasında və onların attestasiyasında fəal surətdə iştirak edib, Bakıda və MDB respublikalarında namizədlik və doktorluq dissertasiyasının müdafiəsi üzrə bir neçə ixtisaslaşdırılmış şuranın üzvü olub, Azərbaycanda ilk dəfə “Dilçilik nəzəriyyəsi”, “Rus dilçiliyi və rus ədəbiyyatı” ixtisasları üzrə doktorluq şurası təşkil edib.

 

Dissertant, aspirant və doktorantların dil və ədəbi əlaqələr, tərcümənin tarixi nəzəriyyəsi və təcrübəsi məsələləri ilə bağlı işlərin elmi rəhbəri və məsləhətçisi, SSRİ AAK eksperti və SSR Nazirlər Kabineti yanında Elm və texnika sahəsində Lenin və Dövlət mükafatları komitəsi Filologiya bölməsinin üzvü olub. Rus dili və rus ədəbiyyatı, ümumi filologiya tədqiqi, elmin metodologiyası üzrə 100-dən çox elmi işin müəllifidir.

 

Mərhum bir müddət Azərbaycandan kənarda yaşayıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq