SƏM-i hakimiyyətin “analoqsuz” fəaliyyətini pislədi

17:36 17-01-2018 | icon 546 | Siyasət
SƏM-i hakimiyyətin “analoqsuz” fəaliyyətini pislədi

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Versus.Az-ın məlumatına görə, ölkədəki insan haqlarının vəziyyətini müzakirə edən partiyalar dünyanın gözü qarşısında  Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq gətirilməsini və Azərbaycanda “dövlət sərhəddini qanunsuz keçmək” kimi qondarma ittihamlarla mühakimə edilərək 6 il müddətində azadlıqdan mərhum edilməsini ölkədəki məhkəmə sisteminin gülünc vəziyyətdə olması, məhkəmələrin cinayətkarlıqla məşğul olması kimi qiymətləndirib.
 
Gözəl Bayramlının qondarma ittihamlarla Bakıdan 500 km aralıda “mühakiməsi” də Azərbaycanda insan haqlarının məhkəmələr tərəfindən pozulmasının nümunəsidir. Eləcə də 11 il həbsdən sonra Əli İnsanovun həbsinin qondarma  ittihamlarla daha 7 il uzadılması ölkəmizdəki məhkəmə sisteminin biabırçı vəziyyətinin göstəricisi hesab oluna bilər.  Bildirilib ki, bu cür “analoqsuz” fəaliyyətlər nəticəsində Freedom House təşkilatının illik hesabatında insan haqları və demokratiyanın vəziyyətinə görə Azərbaycan 195 ölkə arasında 177-ci, Sərhədsiz Repotyorlar İnstitutunun mətbuat azadlığının vəziyyəti ilə bağlı hesabatında 180 ölkə arasında 162-ci olub.
 
Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi hakimiyyətdən bu cür biabırçı, düşmən ölkələrə Azərbaycana qarşı yeni ittihamlar irəli sürməyə əsas verən fəaliyyətləri dayandırmağı tələb edib.
Qeyd edilib ki, Bakının mərkəzində İranın dini liderinin müdafiəsi adı altında “Ettalat”ın təfriqəçi və təxribatçı aksiyasının Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşısının alınmaması ölkənin təhlükəsizliyinə ciddi təhdidlər olduğunu göstərir. Bu cür təhdidlərin ortada olduğu bir vaxtda Dövlət Təhlükəsizlik Xidmətinin Aygün Kazımova və Faiq Əliyevin  konsertini keçirmək kimi “fəaliyyətlərlə” məşğul olması təəccüb doğurur.
 
Əməkdaşlıq Məkəzi eyni zamanda 24 yanvar saat 12-də KXCP qərargahında Dağlıq Qarabağla bağlı keçirilməsi nəzərdə tutulan Foruma hazırlığı müzakirə edib. Bildirilib ki, tədbirə siyasiasi partiyalar, ictimai xadimlər, QHT-lər, mətbuat nümayəndələri dəvətlidir.
SPƏM-ə daxil olan partiyalar 20 Yanvar Şəhidlərinin anım mərasimində birgə iştirak etmək haqda qərar qəbul edib.
Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.
 
Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı