Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

10:37 14-11-2018 | icon 711 | Siyasət
Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

 

Ufuk Arca Turganer: “Cümhuriyyətə aparan yol heç də asan və hamar olmayib”

 

 

Noyabrın 13-də Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 35-ci ildönümü qeyd olunub. Öncə Azərbaycan və Şimali Kiprin himnləri səslənib.

 

Versus.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan bu ölkənin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Arca Turganer qonaqları salamladıqdan sonra 35 illik müstəqillik yoluna diqqət çəkib. Bildirib ki, Cümhuriyyətə aparan yol heç də asan və hamar olmayib:

 

“Kuzey Kıbrıs türk insanı hər zaman öz torpağına, dilinə, dininə, millətinə, adət-ənənəsinə, mədəniyyətinə sahib çıxıb, böyük mücadilələr aparıb. Bu kutsal yolda çox sayda şəhidlər vermişik. Biz başda milli liderimiz Mustafa Kamal Paşa Atatürk, doktor Fazil Küçük, ilk Cümhurbaşqanımız Rauf Denktaş, bu mücadiləyə töhfə verən hər kəsi rəhmət və şükranlıqla yad edirik, onların məzarları önündə baş əyirik, xatirələri həmişə bizim üçün əzizdir. Onların hər biri Kuzey Kıbrıs gəncləri üçün örnəkdir”.

 

Kuzey Kıbrıs nümayəndəliyinin rəhbəri ana vətən Türkiyəyə xüsusi təşəkkür edib. Bilfirib ki, adada türklər böyük haqsızlıqlarla, qətliam və soyqırımla üz-üzə qalanda Türkiyə hər addımda onların yanında olub, haqlı mücadilələrinə dəstək verib.

 

Xanım Ufuk Arca Turganer çıxışında 15 iyul şəhidlərinin qəhrəmanlığını xüsusi vurgulayıb və rəhmət diləyib. Qeyd edib ki, bir millətin, bir dövlətin, torpagın bütövlüyü, haqqı ugrunda hər an canından keçməyə, mücadilə aparmağa hazır olan ogulları varsa, o məmləkət hər zaman ayaqa duracaq.

 

Ufuk xanım çıxışında Azərbaycanla Şimali Kipr Türk Cümhuriyəti arasındakı siyasi, iqtisadi, mədəni və digər əlaqələrə toxunaraq ugurlu əməkdaşlıqdan da söz açıb. Eyni zamanda diqqətə çatdırib ki, bu il Kuzey Kıbrıs Türk Cümhuriyyəti nümayəndəliyinin Azərbaycanda fəaliyyətə başlamasının 20-ci ildönümüdür. O, hər iki qardaş ölkə arasındakı əlaqələrin getdikcə daha da inkişaf edəcəyinə, mökəmlənəcəyinə əmin oldugunu qeyd edib.

 

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov iki ölkə arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələrdən danışıb. Bildirib ki, bu əlaqələr qardaşlıq və dostluq üzərində qurulub. Eynı zamanda, Şimali Kiprin təhsil sahəsindən danışan Ə.Amaşov vurğulayıb ki, bu ölkənin universitetlərində dünyanın müxtəlif ölkələrindən, Azərbaycandan da çox sayda tələbələr təhsil alir. Cümhuriyyətin qurulmasının 35-ci ildönümü münasibətilə təbriklərini çatdıran Əflatun Amaşov qardaş ölkəyə rifah, inkişaf arzulayıb.

 

Qeyd edək ki, rəsmi qəbulda millət vəkilləri, Bakıda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, ədəbiyyat və incəsənət xadimləri, media, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Tədbir bədii hissə və ziyafətlə davam edib.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI