Bina uçqununda ölənlərin sayı 90-a çatıb
ABŞ-ın Florida ştatında onikimərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artmaqda davam edir.
TASS xəbər verir ki, sutka ərazidə aparılan təmizləmə işləri nəticəsində daha bir neçə nəfərin cəsədi aşkar olunub. Bununla da, faciənin qurbanlarının sayı 90 nəfərə çatıb.
31 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.
Ölənlərin artacağı istisna edilmir.
Xatırladaq ki, binanın uçulması iyunun 23-dən 24-nə keçən gecə baş verib.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."