Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

13:37 14-11-2018 | icon 534 | Cəmiyyət
Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

 

Qənirə Paşayeva: “Bizim birliyimizə, onun güclənməsinə çox böyük ehtiyac var”

 

 

Millət vəkili Qənirə Paşayeva Türkiyənin İstanbul şəhərində Ensar Vəqfinin və Üsküdar bələdiyyəsinin təşkilatçılığı ilə "Ailə, dövlət və toplum" adlı konfransda iştirak edib.

 

Versus.Az-ın məlumatına görə, ortaq tariximizi, mədəniyyətimizi uşaqlarımıza çox kiçik yaşlardan öyrətməliyik deyən millət vəkili bildirib ki, bütün Türk dövlət və toplumlarında orta məktəblərdən başlayaraq universitetlərdə ortaq Türk tarixinin oxudulmasına böyük ehtiyac var. Türk dövlət və toplumları, onların aydınlarını bu məsələyə daha böyük diqqət yetirməyə çağıran Q.Paşayeva vurğlayıb ki, bizim birliyimizə, onun güclənməsinə çox böyük ehtiyac var.

 

Millət vəkili bildirib ki, ortaq tariximizin, mədəniyyətimizin gənclərimizə daha geniş öyrədilməsi istiqamətində çalışmaları daha da artırmağa böyük ehtiyac var.  Bu istiqamətdə uşaq ədəbiyyatının genişlənməsinə, lazımsız mövzular deyil, məhz bu mövzular ətrafında proqramların, filmlərin və teleserialların artmasına ehtiyac var deyən Q.Paşayeva gənclərin milli duyğu və düşüncə içində savadlı böyüməsində ailənin rolu ilə yanaşı cəmiyyətin üzərinə düşən öhdəliklərlə də bağlı geniş məruzə edib.

 

Q.Paşayeva Türk  dünyası siyasətçilərinə, aydınlarına, alimlərinə, QHT və KİV-lərinə səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib:

 

"Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq".

 

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:

 

"Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".

 

Q.Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, müəllimlərimizin, aydınlar, şair, yazar, QHT və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Tədbirin sonunda Üsküdar bələdiyyəsinin və Ensar vəqfinin rəsmiləri millət vəkili Q.Paşayevaya onların dəvətini qəbul edərək konfrans verdiyi üçün təşəkkür ediblər və plaket təqdim ediblər.

 

Tədbir çərçivəsində Q.Paşayeva bir sıra QHT və KİV rəhbərləri, aydınlarla da görüşüb, geniş fikir mübadiləsi aparılıb və jurnalistlərin suallarını cavablandırıb. Millət vəkili eyni zamanda İstanbulda təhsil alan bir qrup azərbaycanlı tələbələrlə də görüşüb, qayğıları ilə maraqlanıb, söhbət edib.

 

Q.Paşayeva eyni zamanda daun sindromlu uşaqlara iş yeri imkanları yaradan "Təbəssüm kafesi"ndə olub, uşaqlar və qurumun rəsmiləri ilə  görüşüb. "Təbəssüm kafesi"nin rəhbərliyi ilə görüşündə millət vəkili onların fəaliyyətini və təcrübəsini müsbət dəyərləndirərək, bu təcrübənin hər yerdə daha geniş şəkildə tətbiq edilməsinin vacibliyini qeyd edib və daun sindromlu uşaqlara və Mərkəzə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər