Sabahdan magistraturaya qəbul olanların qeydiyyatı başlayır

12:59 12-07-2021 | icon 999 | Təhsil
Sabahdan magistraturaya qəbul olanların qeydiyyatı başlayır

İyulun 13-dən ali təhsilin magistratura səviyyəsinə qəbul olan şəxslərin elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatına başlanılır.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Qeydiyyat iyulun 22‑dək davam edəcək.

 

2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

 

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti – iki nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – iki nüsxə;

- 3x4 sm ölçüdə rəngli fotoşəkil – dörd ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – iki nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

 

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı bu gündən etibarən iyulun 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.

 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Ünvan: Hüseyn Cavid pr., 115 (I mərtəbə, otaq 150)

 

Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq