Şuşaya getmək istəməyən səfirlər bizim üçün kimdir?

19:23 12-07-2021 | icon 695 | Geopolitika
Şuşaya getmək istəməyən səfirlər bizim üçün kimdir?

Moskva, Vaşinqton və Paris səfirlərinə Şuşaya həmkarlarıyla səfər etməyi qadağan edib. Ancaq həmin mərkəzlər anlamalıdırlar ki, onların qadağaları səfirlərinin Azərbaycandakı fəaliyyətini çətinləşdirəcək.

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu Rusiya, Fransa və ABŞ-ın Şuşatya səfərdən imtina etməsi ilə bağlı şərhində bildirib.

 

O, bildirib ki, 3 həmsədr ölkənin – Rusiya, ABŞ və Fransanın səfirləri digər həmkarlarıyla Şuşaya səfər etməkdən boyun qaçırmları, səfirlərin öz qərarları deyil. Azərbaycan Prezident Administrasiyası səfirləri Şuşaya getməyə dəvət etdikdən sonra həmin ölkələrin səfirləri paytaxtları ilə məsləşhətləşib və müvafiq təlimat alıblar.

 

“Şuşaya getmək istəməyən səfirlər Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən və erməni separatizminə loyal münasibət bəsləyən diplomatlar kimi dəyərləndiriləcək. Əslində bu 3 ölkədən biri daha ağıllı tərpənib Azərbaycandakı səfirinə “gələn dəfə Şuşaya gedərsən” təlimatını versə irəli düşər. Misal üçün ABŞ səfiri adının Rusiya səfiri ilə eyni şəkildə hallanmasından çoxmu həzz alır? ABŞ və ya Fransa səfiri Şuşaya getmək qərarını versələr Rusiyanın regional siyasətinə zərbə vuracaqlar, bu Vaşinqton və Parisin xeyrinə olacaq. Almaniyanı da anlamaq çətindir. Almaniyanın səfiri Bakıdan kənara çıxmır. Bununla kimə nəyi sübut edirsiniz, Fransanın yedəyində sürünməyin nə mənası var, İtaliyadan çoxmu ağıllısınız? Şuşa Azərbaycan üçün həm də geosiyasi barometrdir. Mədəniyyət paytaxtımızı ziyarət etməyən ölkənin səfiri Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz”.-deyə, E.Şahinoğlu bildirib.

 

Ləman

Versus.az

Şuşaya getmək istəməyən səfirlər kimdir?

 

“Mədəniyyət paytaxtımızı ziyarət etməyən ölkənin səfiri Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz”

 

Moskva, Vaşinqton və Paris səfirlərinə Şuşaya həmkarlarıyla səfər etməyi qadağan edib. Ancaq həmin mərkəzlər anlamalıdırlar ki, onların qadağaları səfirlərinin Azərbaycandakı fəaliyyətini çətinləşdirəcək.

 

Bunu politoloq Elxan Şahinoğlu Versus.az-a Rusiya, Fransa və ABŞ-ın Şuşatya səfərdən imtina etməsi ilə bağlı şərhində bildirib.

 

O, bildirib ki, 3 həmsədr ölkənin – Rusiya, ABŞ və Fransanın səfirləri digər həmkarlarıyla Şuşaya səfər etməkdən boyun qaçırmları, səfirlərin öz qərarları deyil. Azərbaycan Prezident Administrasiyası səfirləri Şuşaya getməyə dəvət etdikdən sonra həmin ölkələrin səfirləri paytaxtları ilə məsləşhətləşib və müvafiq təlimat alıblar.

 

“Şuşaya getmək istəməyən səfirlər Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən və erməni separatizminə loyal münasibət bəsləyən diplomatlar kimi dəyərləndiriləcək. Əslində bu 3 ölkədən biri daha ağıllı tərpənib Azərbaycandakı səfirinə “gələn dəfə Şuşaya gedərsən” təlimatını versə irəli düşər. Misal üçün ABŞ səfiri adının Rusiya səfiri ilə eyni şəkildə hallanmasından çoxmu həzz alır? ABŞ və ya Fransa səfiri Şuşaya getmək qərarını versələr Rusiyanın regional siyasətinə zərbə vuracaqlar, bu Vaşinqton və Parisin xeyrinə olacaq. Almaniyanı da anlamaq çətindir. Almaniyanın səfiri Bakıdan kənara çıxmır. Bununla kimə nəyi sübut edirsiniz, Fransanın yedəyində sürünməyin nə mənası var, İtaliyadan çoxmu ağıllısınız? Şuşa Azərbaycan üçün həm də geosiyasi barometrdir. Mədəniyyət paytaxtımızı ziyarət etməyən ölkənin səfiri Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz”.-deyə, E.Şahinoğlu bildirib.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ