Xəstəxanada yanğın
İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 13 nəfər ölüb, daha 30 nəfər isə xəsarət alıb.
Versus.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yanğından 20 nəfər xilas edilib.
Bundan əvvəl “Alsumaria” telekanalı xəbər verib ki, “İmam Hüseyn” xəstəxanasında yanğın baş verib, tibb müəssisəsinin rəhbərliyi isə xəstələri təxliyə edib.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."