Səbuhi Rəhimli YUXUdan yazıb

15:07 14-11-2018 | icon 959 | Maraqlı
Səbuhi Rəhimli YUXUdan yazıb

 

 

Gecə ilə bağlı olan hər şeyi Ay idarə edir

 

 

Gecə ilə bağlı olan hər şeyi Ay idarə edir. Bu sıraya bizim yuxularımız da aiddir. Bu zaman psixikamızın instinktivli sahəsi oyanır və aktivləşir. Yuxular isə şüurumuzda gizli sahənin özünü əks etdirməsidir. Buna görə də energetikası şüur energetikası ilə oxşar olan Ay, yuxularmıza təkan verir. Hələ qədim zamanlardan yuxular təsadüf deyil, bizə gələcəkdən xəbər verən və bizi narahat edən bütün suallara cavab verən müdrik şüurmuzun səsi hesab edilirdi. Müasir elm bunu inkar etmir, hətta qədim bilikləri təsdiq edir.

 

Şüurun ağır zəhmətini tələb edən gündəlik qayğılar, instinktin köməyi olmadan da həll edilir. Buna baxmayaraq, instinktin rolu çox böyükdür. Şüurun nəzərindən yayınan hər bir detal instinkt tərəfindən qiymətləndirilir. İnstinktlə çıxarılan nəticələrə etibar etmək olar. Belə ki, onun "informasiya bazası" şüurunkundan qat-qat böyükdür. Gördüklərimiz, eşitdiklərimiz, hiss etdiklərimiz və əcdadlarımızın təcrübəsi - bütün bunlar öz əksini instinktdə tapır. Beləliklə, gecənin düşməsi ilə bizim beynimizin ən güclü və gizli qüvvəsi olan instinkt işə düşür. Sutkanın bu vaxtı Ayın təsiri güclü olur və Ay bir qayda olaraq, instinkdən gələn siqnalları izah edir. Bəs Ay ilk növbədə hansı yuxulara diqqət yetirməyə kömək edir? Axı yuxular müxtəlif olur - bəziləri gələcəkdəki hadisələrin baş verməsini ehtimal edir, digərləri hər hansı vacib bir hadisədən xəbər verir. Bəzi yuxular da var ki, bizi həqiqətin gözünə düz baxmağa məcbur edir, bəzi hallarda isə yuxugörmə xəyallarmızın uçuşudur (belə yuxular yaradıcı insanlara xasdır). Deməli, yuxunun əhəmiyyəti, onun hansı Ay sutkasında görülməsindən asılıdır. Ay sutkası - bu, Ayın bir doğuşundan digər doğuşuna qədər olan zaman kəsiyidir. İstisna yalnız birinci Ay sutkaları təşkil edir: onlar təzə Ay çıxandan başlayaraq, Ayın növbəti doğuşuna qədər davam edir. Son Ay sutkaları da istisna təşkil edir: onlar Ayın doğuşu ilə deyil, yeni çıxmış Ay ilə bitirlər. Ay sutkalarının davamiyyəti müxtəlif də ola bilər. Günəş sutkalarından fərqli olaraq, onlarda ciddi qanunauyğunluq yoxdur.

 

Ümumiyyətlə, zaman-zaman psixoloqlar, filosoflar, din xadimləri, şairlər və onlarla başqa peşə sahibləri yuxugörmənin məğzini açmağa çalışmışlar. Lakin etiraf etməliyik ki, onlar heç də yüz faiz öz istəklərini reallaşdırmağa müvəffəq olmayıblar. Bu sahə ilə maraqlananlar yəqin ki, Ziqmund Freydin, Karl Qustav Yunqun, Edqar Keysinin və bir çox başqalarının yuxuya aid elmi araşdırmalarını, kitablarını oxuyublar. Amma düşünürük ki, dünyaca məşhur olan bəzi insanların yuxu haqqında qənaətlərini nəzərinizə çatdırmaq çox maraqlı olar:

 

 * Hətta allahları olmayan qədim yunanlarda yuxu allahı olub (Morfey).
 * Yuxu təsəvvürlərə girişdir (Henrix Heyne, alman şairi).
 * O adamlar yatmır ki, onlar həmişə yatırlar (Pyeron, psixoloq).
 * Yuxu bütün gücün tədqiqatçısı, yaralı qəlbin balzamıdır (Şekspir, ingilis dramaturqu).
 * Əgər allahlar insanları sevirsə, onlar mütləq öz mövcudluqlarını yuxularda göstərirlər (Siseron).
 * Yuxudan üstün hansı ilahi duyğu ola bilər? (Müqəddəs Avqustin).
 * Yuxugörmə və onun əlamətləri heç də ağıldankənar və ya izaholunmaz deyil... Yuxular min bir əziyyətlə anlamaq istədiyimiz əlamətlər haqqında kifayət qədər maraqlı və səhih informasiyalar verir (Qustav Yunq).
 * Yuxu Allahdan gələn möhürsüz məktubdur (K.Stüart).
 * "Dünən" yalnız bugünkü xatirəmiz, "sabah" isə bugünkü yuxularımızdır (Kalil Cibran, öncəgörən).
 * Gəlin, yuxu görməyi öyrənək, bəlkə o zaman əsl həqiqəti taparıq (Kekule, alman kimyaçısı).
 * Hər birimizin içində ramolunmaz, vəhşi bir heyvan mövcuddur və o, yalnız yatdığımız zaman sakitləşir (Platon).
* Yuxular unudulmuş dil kimidir (Erix Fromm, psixoloq).

 

Amerika hinduları inanırdılar ki, yuxu insana onun həyatında baş verəcək vacib hadisələrə aparan yoldur. Onlar hesab edirdilər ki, ağ adamlar özlərini daxillərində hiss edir, yaradırlar, ona görə də yuxuda dua etməyi bacarmırlar.

 

Qədim Misirdə və Yunanıstanda görücülərlə maqlar yuxugörmədən əsasən başqa dünyalara düşmək üçün istifadə edirdilər. Onlar yuxuların Allaha aparan yol olduğunu nəzərə alıb bu barədə çox danışmırdılar.

 

Tikiş maşını layihəsinin ideyası ixtiraçı Elias Hauna, elementlərin dövri-sistemi cədvəli isə Dmitri Mendeleyevə yuxuda bəyan olub.

 

Tarixi şəxsiyyətlərdən Çingizxana, Napoleona, Kromvelə, Hitlerə və onlarla digərinə gələcək uğurlarının böyük əksəriyyəti yuxu vasitəsilə bildirilib.

 

Freyd hesab edirdi ki, bir yuxunu digərlərindən ayırmaq, onu ayrıca təhlil etmək düzgün deyil. O hesab edirdi ki, bütün yuxuların bir-biri ilə sıx və ayrılmaz əlaqəsi var.

 

Freydin şagirdi Karl Yunq isə deyirdi ki, onun bütün şəxsi əməyi və yaradıcılığı yalnız öz yuxuları və fantaziyası sayəsində meydana çıxıb. O, həm də yuxulara insan qəlbinin tarazlığını tənzimləyən vacib bir element kimi baxırdı.

 

cebhe.info

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin