"Bir sıra müəssisə və səhmdar cəmiyyətləri özəlləşdirməyin vaxtıdır"

17:06 14-11-2018 | icon 481 | Gündəm
"Bir sıra müəssisə və səhmdar cəmiyyətləri özəlləşdirməyin vaxtıdır"

 

"Bir sıra müəssisə və səhmdar cəmiyyətləri özəlləşdirməyin vaxtıdır".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

 

Millət vəkili qeyd edib ki, Azərbaycanda uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir:

 

"Bəzi Avropa ölkələrində 18 yaşa qədər olan uşaq və yeniyetmələrə müəyyən müavinətlər verilir. Bu müavinətlərin məbləği təxminən 200 avro təşkil edir. Azərbaycanda da buna müəyyən islahatlarla nail olmaq olar".

 

Q.Həsənquliyev bildirib ki, islahatlardan biri dövlət büdcəsindən bəzi müəssisələrə ayrılan maliyyələşmənin azaldılmasıdır:

 

"Ölkədə fəaliyyət göstərən bir sıra müəssisələr, səhmdar cəmiyyətlər var ki, onları özəlləşdirməyin vaxtıdır. Onların özəlləşdirilməsi nəticəsində büdcəyə vergi daxilolmaları daha da arta bilər. Bununla büdcəni də yükdən azad edə bilərik. Dövlətin yükünü azaltmasaq, bəzi problemləri həll etmək çətin olacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları