Bu ətrafda yaşayanlar üçün ciddi təhlükə var

09:35 15-11-2018 | icon 505 | Gündəm
Bu ətrafda yaşayanlar üçün ciddi təhlükə var

 

Abşeron yarımadasında yerləşən Bozdağ Qobu və Keyrəki vulkanları, onun ətrafında yaşayan insanlar üçün ciddi təhlükə yaradır.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, palçıq vulkanları 2002-ci ildə "Xüsusi mühafizə olunan obyektlər və ərazilər" qanununa daxil edilməklə təbiət abidəsi statusu alıblar. 2015-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbii Qoruğu"nun yaradılması haqqında sərəncam imzalanıb. Beləliklə, vulkanların dağıdılmasının, zibillənməsinin və onların yanında yaşayış binalarının tikilməsinin qarşısı alınıb:

 

"Təəssüf ki, yenə də bəzən neqativ hallar qeyd alınır. 2001-ci ildə Binəqədi qəsəbəsinin yaxınlığındakı Keyrəki vulkanının mühafizə zonasında 3 fərdi ev var idi. İndi isə orada böyük yaşayış massivi əmələ gəlib".

 

A.Əliyev Keyrəki vulkanının aktiv olduğunu və tez-tez püskürdüyünü də nəzərə çatdırıb. O, həmin vulkanın sonuncu dəfə 2017-ci ildə püskürdüyünü xatırladıb:

 

"Keyrəki vulkanının ətrafında yaşayanların bəxti onda gətirib ki, o, püskürdükdə alov sütunları yaranmır, oradan çıxan qaz alovlanmır. Çünki çıxan qazın tərkibində karbon qazının faizi normadan artıqdır. Amma karbon qazının özü də orada yaşayanların sağlamlığı üçün çox ziyanlıdır".

 

A.Əliyev qeyd edib ki, əvvəllər Bozdağ Qobu vulkanının kraterinin yaxınlığında cəmi 2-3 fərdi yaşayış binası olsa da, son 2-3 ildə oradakı evlərin sayı xeyli çoxalıb:

 

"Bozdağ Qobu vulkanı güclü püskürür. Bu vulkan 1999-cu ildə püskürdükdə oradakı dirək alovun təsirindən əyilmişdi, torpaqda Hökməliyə qədər gəlib çatan, 1200 metr uzunluğunda böyük çat yaranmışdı. Həmin püskürmə zamanı orada 3 ev vardı, biz təhlükəsizliklərinin təmini üçün onların oradan köçürülməsini məsləhət gördük, amma indi orada böyük yaşayış massivi əmələ gəlib. İnsanlar özləri də düşünməlidirlər ki, vulkan yaxınlığında yaşamaq qorxuludur. Bozdağ Qobu vulkanı bu dəfə də güclü püskürsə, nəticədə orada yaşayanlar xəsarət alacaqlar".

 

Şöbə rəhbərinin sözlərinə görə, Şamaxı rayonunda bəzi vulkanların yaxınlığında evlər olsa da, həmin vulkanlar püskürmədiyindən onların Abşeron yarımadasındakı Bozdağ Qobu və Keyrəki vulkanları qədər qorxusu yoxdur.

Alim Bozdağ Qobu vulkanının krater sahəsinə yaxın ərazini məişət tullantıları ilə çirkləndirməsindən də narahatlığını bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin