Güləşçilərimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

09:42 15-11-2018 | icon 481 | İdman
Güləşçilərimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

 

Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının ikinci günündə yunan-Roma güləşi üzrə beş pəhləvanımız mübarizəyə qoşulub. Onlardan üçü mübarizəyə təsnifat, ikisi isə səkkizdəbir final mərhələsindən başlayıb.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov ilk mərhələdə Özbəkistan idmançısı İslamcan Bəhramova çətinlik çəkmədən qalib gəlib. Pəhləvanımız qırğızıstanlı rəqibi Rüstəm Teişovu mübarizədən kənarlaşdıraraq dörddəbir finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Dato Çxartişviliyə qalib gələn idmançımız yarımfinalda türkiyəli Kərəm Kamalı məğlubiyyətə uğradaraq finala yüksəlib. Bu gün axşam saatlarında keçiriləcək final görüşündə M.Məmmədov Yaponiya təmsilçisi ilə üz-üzə gələcək.

 

Təsnifat mərhələsində amerikalı Nolan Robert Bakeri məğlub edən Kərim Cəfərov (67 kq) daha sonra yaponiyalı Ryo Nakahaşini də vaxtından əvvəl üstələyib. K.Cəfərov qazaxıstanlı Meirzxan Şermaxanbet ilə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. O, macarıstanlı Otto Losonşiyə də heç bir şans verməyib və finala çıxan ikinci güləşçimiz olub. K.Cəfərov noyabrın 14-də həlledici qarşılaşmada Misir təmsilçisi Məhəmməd İbrahim Əlsəyid ilə görüşəcək.

 

Orxan Nuriyev (97 kq) ilk görüşdə Macarıstan təmsilçisi Şolt Toeroekə müqavimət göstərə bilməyib. Ancaq rəqibin finala çıxması güləşçimizə bürünc medal uğrunda mübarizə aparmaq imkanı yaradıb. O.Nuriyev noyabrın 14-də ilk təsəlliverici görüşdə finlandiyalı həmkarı Matti Elias Kuosmanendən üstün olub. Güləşçimiz özbəkistanlı Teymur Mirzə Mamacanovu da mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi İran pəhləvanı Əli Əkbər Heydəri olacaq.

Digər idmançılarımız İslambek Dadov (72 kq) və Eltun Vəzirzadə (82 kq) çempionatı medalsız başa vurublar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin