Mahir Abbaszadəyə yüksək vəzifə verildi

20:45 15-11-2018 | icon 543 | Gündəm
Mahir Abbaszadəyə yüksək vəzifə verildi

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə yeni vəzifəyə təyin olunub.


Versus.Az 
saytının məlumatına görə, Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə gətirilib.


Qeyd edək ki, Fondun direktoru Sabir Əhmədov idi. S.Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə aparılıb.
 

Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirib.

 

1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyib. 
Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış üzrə Milli Məclisin deputatı seçilib.

Ailəlidir. İngilis, rus, türk dillərini bilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR