Şəhid pilotumuzun anım mərasimi keçirildi

17:04 25-07-2021 | icon 800 | Şəhidlər və şahidlər
Şəhid pilotumuzun anım mərasimi keçirildi

Azərbaycan Hərbi Tarixi muzeyində şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, respublikanın mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən şəhidin xidmət yoldaşları, ailə üzvləri, kütləvi informasiya vasitələrinin əməkdaşları və digər qonaqlar iştirak edib.

 

Versus.az xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış edənlər şəhid pilot polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açıblar. Anım mərasimində xidmət yoldaşları şəhid pilotla bağlı xatirələrindən danışıblar.

 

Mərasim R.Atakişiyevin həyat və döyüş yoluna həsr olunmuş “Sonuncu uçuş” adlı sənədli filmin nümayişi ilə davam edib. Mərasimdə Xalq artisti Fidan Hacıyevanın ifasında Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş “Yolun düşsə, bu yerlərə bir də gəl” mahnısı səslənib.

 

Anım mərasimi bədii hissənin təqdimatı və şəhidə həsr olunan sərginin nümayişi ilə sona çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq