Azərbaycanlı marafonçu rekorda imza atıb

12:35 16-11-2018 | icon 478 | İdman
Azərbaycanlı marafonçu rekorda imza atıb

 

Türkiyədə ənənəvi İstanbul marafonu baş tutub.

 

Versus.Az xəbər verir ki, 40-cı İstanbul marafonunda 100-ə yaxın ölkədən 130 min idmançı iştirak edib. Bundan başqa, marafona 55 məşhur atlet də qatılıb.

 

Uzunluğu 42 kilometr 195 metr olan tam marafonun qalibi keniyalılar olub. Kişilər arasında Feliks Kimutay, qadınlar arasında Rut Çepnqetiç finişə birinci çatıb.

 

Marafon zamanı 15, 10 və 8 kilometr məsafələrə, eləcə də paralimpiyaçılar arasında yarış keçirilib.

Qeyd etmək lazımdır ki, azərbaycanlı idmançı Ayla Seyid 15 kilometr məsafədə qaçışda qadınlar arasında 21-ci yeri tutaraq yeni rekorda imza atıb. Belə ki, indiyədək İstanbul marafonunda Azərbaycan nümayəndəsi bu qədər yüksək nəticə əldə etməyib.

Qeyd edək ki, o, həmçinin həmin marafonda otuzluğa düşənlərin arasına adını yazdıran ilk azərbaycanlı xanımdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin