"Dövlət 25 illik dövrü vətəndaşlara hədiyyə edəcək"

12:40 16-11-2018 | icon 459 | Cəmiyyət
"Dövlət 25 illik dövrü vətəndaşlara hədiyyə edəcək"

 

Biz pensiyaya çıxacaq şəxs üçün 25 illik dövrü amnistiya veririk. Yəni şəxsin sığorta kapitalında 1 manat belə pul varsa, biz 25 illik dövrü onun üçün sığorta stajı kimi qəbul edəcəyik. Bu sığorta stajı 2019-2020-cu ildən pensiyaya çıxan şəxslər üçün 1 il azaldılacaq.

 

Versus.Az xəbər verir ki, bunu “Əmək pensiyaları haqqında” qanunun 22-ci maddəsinə təklif edilən yeni dəyişiklikləri şərh edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

A.Əliyev bu güzəşti köhnə dövr üçün elektron bazanın olmaması ilə izah edib:

 

“Köhnə dövr dedikdə, 2006-cı ildən əvvəlki dövr nəzərdə tutulur. Vətəndaşlar bu dövrdə olan sığorta stajını təsdiq etmək üçün arxivlərə, yaxud ləğv olunmuş müəssisələrə müraciət etməli olurlar. Bu halda da çoxlu mübahisələr yaranır, iş məhkəmələrə qədər uzanır. Bu dəyişikliyin mahiyyəti isə ondan ibarətdir ki, dövlət 25 illik dövrü, 01.01.2006-cı ilə qədər olan dövrü vətəndaşlara hədiyyə edəcək, yəni həmin dövrü avtomatik olaraq 25 illik staj kimi qəbul edəcək”.

 

Nazir müavini qeyd edib ki, 2006-cı ildən sonra elektron baza olduğu üçün pensiyaya çıxacaq şəxsin sığorta stajı və ödədiyi sığorta haqları bazadan görünəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”