Aronyan Şəhriyar Məmmədyarova qarşı ABŞ-ı təmsil edəcək

15:14 29-07-2021 | icon 635 | İdman
Aronyan Şəhriyar Məmmədyarova qarşı ABŞ-ı təmsil edəcək

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun səkkizinci mərhələsində iştirak edəcək.

 

Versus.Az xəbər verir ki, iyulun 31-də başlayacaq və avqustun 8-də başa çatacaq turnir “Chessable Masters” (“Şahmat ustaları”) adlanır.

 

100 min dollar mükafat fondu olan yarışda çıxış edəcək 16 şahmatçı arasında Şəhriyar da var. Baxmayaraq ki, turnirin 26 iyun – 4 iyul tarixləri arasında keçirilmiş yeddinci mərhələsi olan “Goldmoney Asian Rapid” turnirində Azərbaycandan heç kim dəvət almamışdı.

 

Bu mərhələdə Maqnus Karlsenin özü iştirak etməyəcək. Şəhriyar bu yarışda Hikaru Nakamura və Vesli Sodan sonra, Levon Aronyanla birgə reytinqcə üçüncüdür.

 

Onun bu mərhələdəki rəqibləri aşağıdakılardır: Hikaru Nakamura, Vesli So, Levon Aronyan, Abhimanyu Mişra (hamısı ABŞ), Vladislav Artemyev (Rusiya), Le Kuanq Lim (Vyetnam), Pentala Harikrişna, Adiban Baskaran, Koneru Humpi (hər üçü Hindistan), Əlirza Firuzca (Fransa), David Anton Qixaro, Eduardo İturisaqa (hər ikisi İspaniya), Cu Vencun (Çin), Yorden van Foreest (Niderland), Aryan Tari (Norveç).

 

Qeyd edək ki, son mərhələnin qalibi olmuş Levon Aronyan avqustdan etibarən Ermənistan yox, vətəndaşlığını dəyişdirdiyi ABŞ adından çıxış edəcək. Ona görə vətəndaşlıq dəyişikliyi bu turnirə təsadüf edəcək. İranlı Əlirza Firuzca isə bu aydan Fransanı təmsil edir.

 

Onu da bildirək ki, turnirin qalibi 30 min, ikincisi 15 min və üçüncüsü 8 500 dollar qazanacaq. Çempionlar Turunun turnir cədvəlində altı mərhələdə yarışmış Teymur Rəcəbov 133 xalla 3-cüdür. Cəmi üç mərhələdə mübarizə aparmış Şəhriyar Məmmədyarov isə 21 xalla 11-ci sıradadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq