""Gənclər siyasəti haqqında" qanuna dəyişiklik ediləcək"

13:04 16-11-2018 | icon 414 | Cəmiyyət
""Gənclər siyasəti haqqında" qanuna dəyişiklik ediləcək"

 

2002-ci ildə qəbul edilən "Gənclər siyasəti haqqında" qanun yeni dövrə uyğun olaraq dəyişdirilir və biz bu sənədi yenidən qəbul etmək istəyirik.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycan Gənclərinin VIII Forumunda çıxışı zamanı deyib. Bildirib ki, gənclər siyasəti ilə bağlı olan Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondu və gənclər təşkilatlarının tövsiyələri, rəyləri alınaraq "Gənclər siyasəti haqqında" qanuna bu yaxınlarda dəyişiklik ediləcək:

 

"Çalışacağıq ki, qanun layihəsi qısa müddətdə qüvvəyə minsin. Qanunda əsas mahiyyət Azərbaycanda gənclər siyasətinə dəstəkdir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və tərkib hissəsidir. Azərbaycan gəncləri bütün sferalarda təmsil olunur və aktivdirlər. Ona görə də gənclər dövlətimizin aparıcı qüvvəsinə çevrilib. Müstəqillik dövründən bu günə qədər gənclər uğurlu layihələrə imza atıblar".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür