Millimiz Niderland millisinə qarşı

12:19 02-08-2021 | icon 483 | İdman
Millimiz Niderland millisinə qarşı

Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə gücünü yoxlayacaq. 

 

Versus.Az xəbər verir ki, Yunanıstanda təlim-məşq toplanışını başa vuran yığmamız “Savaria” adlı yarışın oyunlarını iki gün əvvəl yollandığı Macarıstanda keçirəcək. 

 

Turnirdə Vüqar Əliyevin baş məşqçisi olduğu komandamızla yanaşı, ev sahibləri, Niderland və Çexiya milliləri mübarizə aparacaq. Dairəvi sistemlə təşkil olunacaq yarış avqustun 5-7-də olacaq. İlk gündə Macarıstanla qüvvəsini sınayacaq voleybolçularımız ertəsi gün Niderlandı sınağa çəkəcək. Avqustun 7-də isə rəqib Çexiya olacaq.

 

Qeyd edək ki, Yunanıstanda yerli yığma ilə üç görüş keçirən komandamız yalnız bir qarşılaşmada qələbəyə sevinib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq