ALDP Bəyanat qəbul edib

11:23 12-01-2018 | icon 491 | Siyasət
ALDP Bəyanat qəbul edib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, partiyanın 2018-ci il üçün fəaliyyət proqramının təsdiqlənməsi, yanvarın 30-u partiyanın 19 illiyinin keçirilməsinə dair hazırlıq işləriylə bağlı hesabat və bəzi təşkilati məsələlər müzakirə olunub.

Versus.Az-ın məlumatına görə, iclasda neft gəlirlərindən əldə olunan vəsaitllə bağlı bəyanat qəbul olunub. Bəyanatda deyilir:

“Son bir ayda Azərbaycan neftinin qiymətinin artımı müşahidə olunur. Azərbaycan büdcəsinin böyük bir hissəsi neft qəlirlərindən təşkil olunur. Bir tərəfdən bu sevindirici hal olsa da, digər tərəfdən biz istəməzdik ki, 10-15 il bundan öncəki səhvlər təkrarlansın, neft gəlirindən əldə edilən milyardlar, “inkişaf layihələr”, “Azərbaycanı tanıdaq” adı ilə layihələrə xərclənsin. Bu kimi layihələri həyata keçirən zaman korrupsiyanın səviyyəsi yüksək həddə çatdı, milliyonlarla pul məmurların cibinə axdı. Digər tərəfdən isə manatın stabilliyini qorumaq üçün külli miqdarda vəsaitlər xərcləndi. Bu lazımsız xərclər nəticə olaraq valyuta və digər ehtiyatların kəskin sürətdə azalmasına qətirib çıxartdı.
Hesab edirik ki, neft gəlirlərinin böyük bir hissəsinin ehtiyat fondlarda toxunmamaq şərti ilə saxlanması, digər hissənin qeyri-neft sektorunun inkişafına yönəldilməsi düzgün olardı”.

ALDP Azərbaycanın gələcəyi naminə neft qəlirlərinin səmərəli xərclənməsini tələb edib.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı