Şanlıurfada Qarabağ parkının və Xocalı abidəsinin açılışı olub

13:50 16-11-2018 | icon 74 | Gündəm
Şanlıurfada Qarabağ parkının və Xocalı abidəsinin açılışı olub

 

Abidənin üzərində hər iki ölkənin bayrağı və "Bir millət iki dövlət" sözləri yer alıb”

 

 

Türkiyənin Şanlıurfa vilayətində Qarabağ parkı, Şəhidlər abidəsi və Xocalı Soyqırımı abidəsinin açılışında yüzlərlə insan iştirak edib.

 

Versus.Az-ın məlmatına görə, Şanlıurfanın ən böyük parkı olan Azərbaycan-Qarabağ parkı min hektarlarla ərazini əhatə edir. Şanlıurfaın mərkəzində yerləşən Azərbaycan  Qarabağ parkı və Şəhidlər abidəsi, Xocalı Soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və təklifi ilə hazırlanıb. Bunu parkın və abidənin açılışıda Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi deyib.

 

Hər tərəfində Azərbaycan və Türkiyə bayrağının birlikdə dalğalandığı Şəhidlər abidəsi, Xocalı Soyqırımı abidəsi isə parkın mərkəzində ucaldılıb. Azərbaycan və Türkiyə bayrağının birgə dalğalandığı Qarabağ parkının mərkəzində qoyulan abidənin üzərində də hər iki ölkəmizin bayrağı və ümummilli liderimiz Heydər Əliyevin "bir millət iki dövlət" sözləri yer alıb. Eyni zamanda Xocalı Soyqırımı və orada şəhid olan insanlarımızla bağlı məlumatlar və 1918-ci ildə erməni daşnakları Azərbaycanın müxtəlif bölgələrində soyqırım törətdiyi zaman Azərbaycana dəstəyə gələn Nuru Paşa rəhbərliyindəki Türk-Qafqaz İslam Ordusunun qəhrəman şəhidləri ilə də bağlı məlumatlar öz əksini tapıb. “Azərbaycan  Qarabağ parkı”, “Şəhidlər, Xocalı Soyqırımı" abidəsinin açılışında Şanlıurfa bələdiyyəsinin rəhbəri Nihat Çiftçi, Şanlıurfa valisi Abdullah Erin, Türkiyə millət vəkilləri, aydınları,  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova , QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışında Azərbaycan haqqında gözəl sözlərlə çıxış edən bələdiyyə başqanı Nihat Çiftçi "hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir" deyib və yeni açılan parkın və abidənin Şanlıurfada böyüyən gənc nəsillər üçün önəmindən danışıb və Azərbaycan-Türkiyə qardaşlığının və işbirliyinin getdikcə daha da gücləndiyini və bundan sonra da güclənəcəyini deyib. Azərbaycan Qarabağ parkı və Şəhidlər, Xocalı Soyqırımı abidəsinin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır deyib. Millət vəkili işğal altındakı bölgələrdə Ermənistanın  törətdiyi vandalizm aktlarına dünya birliyinin, böyük güclərin səssiz qaldığını deyib.

 

Çıxışda bir daha bu zülmlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə parklar və küçələr Türk dünyasının dörd bir yanında açılmalıdır deyilib. Millət vəkili "biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq" deyib. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva dosta da, düşmənə də çox önəmli məsajlar oldu deyib.

 

Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib.

 

Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından da danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi. Q.Paşayeva “dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq” deyib. O bildirib ki, bu gün Türkiyədə bu cür parkların, abidələrin, küçələrin açılması çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb. Millət vəkili Qənirə Paşayeva “mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və o gözəl torpaqlarımızda Şanlıurfa adına parkın açılışında da birlikdə iştirak edəcək, bu cür tədbirləri  o gözəl torpaqımızda da keçirəcəyik”,-  deyib.

 

Tədbirdə qardaş Türkiyənin millət vəkilləri, Şanlurfa valisi, alimlər, ziyalılar çıxış edərək Qarabağ problemi, Xocalı Soyqırımı ağrısı Azərbaycan qədər bizim də acımızdır və hər zaman qardaş Azərbaycanın yanındayıq deyiblər və bu cür parkların, abidələrin açılmasını xüsusi vurğulayıblar. Sonra abidənin açılışı olub. Açılışdan sonra Şəhidlər abidəsinin önündə toplaşan qonaqlar Şanlıurfaın  mərkəzində “Azərbaycan Qarabağ parkı”nın və “Şəhidlər, Xocalı Soyqırımı” abidəsinin bundan sonra şanlıurfalıların ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər bir Şanlıurfa sakininin yaddaşına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayət edəcəyi bildirilib.

 

Qənirə Paşayeva abidə önündə tədbir iştirakçılarına Qarabağ həqiqətləri, Xocalı soyqırmı və abidə ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb. Abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Müxalifətin zirvə görüşü zəruridir”

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?