Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

19:02 16-11-2018 | icon 701 | Qarabağ
Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

 

Qarabağ həqiqətlərinin bu bölgədə daha geniş yayılması üçün layihələr həyata keçiriləcək

 

 

Millət vəkili Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi ilə görüşüb. Görüşdə millət vəkili Şanlıurfada Qarabağ parkı və Şəhidlər, Xocalı abidəsinin açılması ilə bağlı təklifini dəstəkləyərək tez bir zamanda gerçəkləşdirməsinə görə bələdiyyə başqanına bir daha təşəkkürünü bildirib.

 

Versus.Az xəbər verir ki, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Şanlıurfanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayevanın təklifini  bələdiyyə başçısı dəstəkləyib. Azərbaycanı çox sevdiyini deyən Şanlıurfa bələdiyyə başçısı Nihat Çiftçi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini deyib. Şanlıurfa  bələdiyyə başçısı qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaş Azərbaycanın yanında olduqlarını deyib.

 

 Şanlıurfa  bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva Azərbaycanla Şanlıurfa arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafına inandığını deyib. Azərbaycanı çox sevdiyini deyən Şanlıurfa bələdiyyə başqanı yaxın zamanlarda Şanlıurfada Azərbaycan adına bulvarın da açılacağını, bu istiqamətdə işlərin qısa zamanda tamamlancağını bildirib və millət vəkili Q.Paşayevanı da həmin tədbirdə görməkdən məmnunluğunu ifadə edərək onu dəvət edib.

 

 Millət vəkili Q.Paşayeva Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi istiqamətində gördüyü işlər üçün bələdiyyə başqanına və kollektivinə təşəkkürünü bildirib və sizi təkrar Azərbaycanda görməkdən çox məmnun olacağıq deyərək rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən  Bakıda "Şanlıurfadan Azərbaycana könül körpüsü" adlı bir gecə keçirməyi  planlaşdırdıqlarını deyib və onları həmin tədbirdə iştiraka dəvət edib.

 

Millət vəkili Q.Paşayeva Şanlıurfa vilayətinin dövlət və qeyri-hökumət təşkilatları rəhbərləri, millət vəkilləri, fəal qadınları və gəncləri, KİV nümayəndələri ilə də görüşüb, geniş fikir mübadiləsi aparıb, Azərbaycanla bağlı sualları cavablandırıb və onları ölkəmizə dəvət edib.

 

Millət vəkili Q.Paşayeva eyni zamanda Şanlıurfanın Şəhid ailələri və qazilər cəmiyyətlərinin nümayəndələri ilə də görüşüb. “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edirik deyib və geniş fikir mübadiləsi olub.

Millət vəkili eyni zamanda Şanlıurfa fiziki imkanları məhdud şəxslər üçün "Engelli Koordinasyon və yaşam Mərkəzini" ziyarət edib, fiziki imkanları məhdud şəxslər ilə görüşüb, onlarla söhbət edib, onların əl işləri ilə tanış olub, uğurlar diləyib.  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol