Həkim və hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ

10:02 04-08-2021 | icon 775 | Təhsil
Həkim və hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu gün əsas tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi (ikinci cəhd) və hərbi liseylərə qəbul imtahanı keçirilir.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Hər iki imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır.

 

İştirakçılar Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib. Hərbi liseylərə qəbul imtahanında isə 1 911 abituriyentin iştirakı nəzərdə tutulur.

 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi-müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq