17 noyabır bizə nə verdi?

09:37 17-11-2018 | icon 624 | Siyasət
17 noyabır bizə nə verdi?

 

 

Fuad Əliyev: “İnanıram ki, Qarabağ problemi bizi birləşdirib böyük Qələbəyə aparacaq”

 

 

“1988-ci il noyabrın 17-də meydana toplaşan yüz minlərlə insan həqiqi mənada qəhramanlıq nümayiş etdirdilər. Həmin dövrdə, Sovet imperiyasının hələ də güclü olduğu bir vaxtda küçələrə çıxıb öz etirazını bildirmək hər xalqın hünəri deyildi”.

 

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev bildirib.

17 noyabrın – dirçəliş gününün Azərbaycana verdiyi töhfələri təhlil edən ALDP sədri bu mübarizliyin İsmixan Rəhimov, Şıxali Qurbanov, Xudu Məmmədov, Oqtay Eldəgiz kimi ziyalılar tərəfindən xalqa ötürüldüyünü bildirib. Onun sözlərinə görə, o zaman sovet imperiyası meydan hərəkatını dağıtmağa çalışsa da, xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilməyib.

 

“Çox təəssüflər olsun ki, illər keçdikcə xalqımız bu mübarizliyini itirdi. Qarabağ münaqişəsi həll olunmayıb, maaşların və təqaüdlərin az olması, qiymətlərin gündən-günə qalxması, rüşvət və korrupsiya hallarının artdığı bir dönəmdə xalqın etiraz hissi yaranmır. Gələcəyə inamsızlıq hardasa müxalifət partiyaları arasında daxili intriqalara gətirib çıxarıb. Ən məsələ isə budur ki, bu vəziyyəti bugünki iqtidarın təzyiqləri yaradır. Amma inanıram ki, Qarabağ problemi bizi birləşdirib böyük Qələbəyə aparacaq”.

F.Əliyev bu gün Qarabağın işğaldan azad olunmasından danışan Qarabağ Komitəsinin ikinci meydan hərakatını yaratmasını mümkün saymadığını vurğulayıb:

 

“Qarabağ Komitəsi arzu etdiyimiz kimi ikinci bir meydan hərakatını yarada bilməyəcək. Çünki Qarabağ Komitəsi hələ ki, bütün cəmiyyəti birləşdirə bilməyib. Ən azından ona görə ki, yüz minlərlə qaçqınımız və məcburu köçkunlər Komitəyə dəstək vermir. Üstəlik, muxalifətdaxili intriqalar, bir-birilərini qəbul etməmək ümummilli mübarizəmizin qarşısında dayanan ən böyük maneədir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI