Tokio-2020: Azərbaycanlı bədii gimnast finala yüksələ bilmədi

14:02 06-08-2021 | icon 762 | İdman
Tokio-2020: Azərbaycanlı bədii gimnast finala yüksələ bilmədi

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

 

Versus.az xəbər verir ki, 19 yaşlı gimnast fərdi çoxnövçülükdə təsnifat mərhələsini adlaya bilməyib.

 

O, topla hərəkətdə hakimlərdən 23,400 xalla 16-cı olub. Ağamirovanın 17-ci olduğu halqa ilə çıxışı isə 23,000 xalla qiymətləndirilib. 

 

İdmançımızın lentlə hərəkəti 19,900-ə layiq görülüb. Çıxışını gürzlərlə bitirən gimnastımız 21,500 xal alıb.

 

Beləliklə, təmsilçimiz dörd hərəkətin yekuna əsasən 87,800 xal yığıb. O, çıxışını başa vuran idmançılar arasında 11-ci yerdə qərarlaşıb. Bununla da Zöhrənin finala yüksəlmək şansı qalmayıb.

09:34

 

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparır.

 

Versus.az xəbər verir ki, 20 yaşlı idmançı ilk olaraq topla öz çıxışını təqdim edib.

 

O, birinci cəhdində 23,400 xala layiq görülüb. İdmançı topla hərəkətlərdə 23,400, halqa ilə çıxışında isə 23.000 xala layiq görülüb.

 

O, hazırda 46,400 xalla 26 idmançı arasında 15-ci pillədə qərarlaşıb.

 

Gimnast lentlə və gürzələrlə də bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq