Rusiyaya qarşı sanksiyalar

13:45 11-01-2018 | icon 497 | Siyasət
Rusiyaya qarşı sanksiyalar

“ABŞ-ın Rusiyanın silah sənayesinə qarşı sanksiyaları bu ölkə ilə hərbi-texniki əməkdaşlıq edən ölkələrə də təsir etməkdədir. Bu təsirlər Azərbaycan və Ermənistandan da yan keçməyəcək. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan üçün bu sanksiyaların müsbət tərəfləri də olmamış deyil”.

Versus.Az xəbər verir ki, bunu açıqlamasıda Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:
“Hal-hazırda Azərbaycan Rusiyanın əsas silah ticarəti tərəfdaşlarından biridir. Ölkəmiz son illərdə Rusiyadan təxminən 5 milyard dollar civarında silah-sursat, zirehli texnika, raket və artilleriya sistemləri alıb.
Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan silah ticarətində heç də tamamilə Rusiyadan asılı deyil. Biz Rusiya ilə bərabər, İsrail, Türkiyə, Pakistan, Ukrayna, Belarus və b. ölkələrdən də müasir döyüş texnikaları alırıq. Üstəlik də, bu ölkələrin bəzilərindən aldığımız elə silahlar var ki, onlar silah sənayesində ən müasir silah nəsli sayılır və bu silahlar hal-hazırda hətta Rusiya kimi nəhəng silah istehsalçısının da ordusunda yoxdur”.

Ə.Hüseynov hesab edir ki, bütün bu amilləri nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, ABŞ-ın Rusiyanın silah sənayesinə tətbiq etdiyi sanksiyaların Azərbaycana qətiyyən mənfi təsirləri yoxdur. Əksinə, bu sanksiyalar vasitəsilə Azərbaycan Rusiyadan böyük həcmdə silah alınması öhdəliklərindən birdəfəlik yaxa qurtara bilər. Bu isə yaxın perspektivdə Azərbaycanın təhlükəsizliyi üçün çox önəmli bir faktordur:

“Lakin Ermənistan barədə isə eyni sözləri demək mümkün deyil. Ermənistan ordusu hal-hazırda tamamilə Rusiyanın hərbi-sənaye kompleksindən (HSK) asılı vəziyyətdədir. Odur ki, ABŞ-ın məlum sanksiyaları Ermənistanın da hərbi-siyasi durumuna birbaşa ciddi təsirini göstərir. Və bu təsirlərin fonunda regionda geosiyasi şərtlər Azərbaycanın xeyrinə dəyişməkdədir”.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı