"İranın 13-cü prezidenti innoqurasiyada iki vacib məsələyə toxunub"

19:43 06-08-2021 | icon 1033 | Geopolitika
"İranın 13-cü prezidenti innoqurasiyada iki vacib məsələyə toxunub"

Ramiyə Məmmədova: “Ermənistana mesaj verildi ki, İran Qarabağ məsəsləsinə təmkinlə yanaşır və...”

 

İranda yeni prezident secilmiş İbrahim Rəisinin and icmə mərasimi bir çox nüansları ilə diqqət çəkir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq Ramiyə Məmmədova maraqlı nüanslara diqqət çəkib.

 

“Rəisin cıxışını dinləyərkən İranın cox masum və sülsevər bir siyasətə malik olduğu görünürdü. “Tehran cəlladı” adlandırdıgları və 1980 ci illərdə onun bir cox siyasi məhbusun ölümündə günahlandırdıqları Reisinin İran cəmiyytində secilməsi narahatlıq doğurur və bir mənalı qarşılanmır. Məsələn, məşhur İran hüquq müdafiəcisi Nərqiz Məhəmmədəli AB xarici siyasət qurumu rəhbərlərinin siyasi məsəslər üzrə müavini Enrike Moraya məktub ünvanlayaraq onun bu innogurasiyada iştirakını İrandakı repressiv hakimiyyətin ömrünün uzadılmasına və Avropanın yüksək demokratiyadan dəm vurmasına baxmayaraq avtoritar və dini rejimin dəstəklədiyini və İran xalqının ölümünə göz yumduğlarını yazmışdır. Enrike Morayın İrana getməsini İsrail və Avropa ölkələrindəki bir necə partiya rəhbərləridə etiraz bildirmşdilər. Lakin bu etirazların hec biri İranla mövcud vəziyyəti pisləşdirmək niyyətində olmadıqlarını qöstərərək innoqurasiyada 73 ölkədən 115 rəsmi şəxs, 10 ölkə prezidenti, 20 parlament sədri, 11 XİN iştirak etdilər”.

 

R.Məmmədova İranın 13-cü prezidentinin innoqurasiyada iki vacib məsələyə toxunduğunu önə çəkib:

 

“Birincisi, İranın nüvə proqramı yalnız dinc məqsədlidir və Ali dini liderin fətvasına əsasən, nüvə silahları qadağandır və İranın müdafiə strategiyasında yeri yoxdur. Bu o deməkdir ki, İran nüvə silahlarının hazırlanmasından və uranın zənginləşdirilmədsindən geri cəkilməyəcək lakin hec bir dövlətədə “təhdid” olmayacaq. Yəni, demək istəyir ki, “mənim quyruğumu” basmadan kimsəylə işim yoxdur. Həmdə İran bununla ABŞ a mesaj göndərdirir ki, sanksiyalara baxılmaqla ABŞ la masaya oturub yenidən Nüvə razılaşmasına gedə bilər.

İkinci, İranın xarici siyasətinin ən önəmli və əsas prioriteti qonşu ölkələrlə münasibətləri yüksəltməkdir. İran qonşu ölkələri və xalqları öz yaxınları hesab edir və uğurlu xarici siyasət balanslı xarici siyasət olmalıdır. Son İsrail İran münasibətlərindəki petrol tankerlərinə hucumunu və iki ölkə arasındaki və Ərəb dənizindəki ümümu gərginliyi nəzərə alsaq İranın balanslı siyasət yürütməsi yenə sual altında galmaqdadır. Cox təssüf ki, biz də hələ İranın yaxın qonşusu olaraq bunu qörmürük. Təbii ki, İran hər zaman Azərbaycanın torpaq bütövlüyünü tanısada Ermənistana verdiyi dəstəyidə görməməzdikdən gəlmək olmaz. Rəisinin Qarağla bağl mesajını qözləyən Ermənistan və onun baş naziri bunu İranda ala bilmədi. Yəni Ermənistana mesaj verildi ki, İran Qarabağ məsəsləsinə təmkinlə yanaşır və yeni qeopolitik vəziyyəti qəbul edib, Qarabağ məsələsinə sözdə toxunmur lakin əməldə gördüyümüz yardımları da əsirgəmir”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ