Minilaboratoriyaların istehsalı təklif edilir

13:32 18-11-2018 | icon 476 | Gündəm
Minilaboratoriyaların istehsalı təklif edilir

 

Azərbaycanlı alim tədqiqatçılar üçün daşımaq və evdə də tədqiqatlar aparmağa imkan verən minilaboratoriyaların istehsalını təklif edir.

 

Azərbaycan Texniki Universitetinin müəllimi Rəhim Əliyev bildirib ki, onun tərəfindən tələbə və tədqiqatçılar üçün evdə də tədqiqatlar aparmağa imkan verən analoq və rəqəmli elektronika minilaboratoriya cihazı yaradılıb.

 

Mütəxəssisin sözlərinə görə, bu cihaz "Elenco" firması tərəfindən təhsil üçün istehsal olunan XK-150 tipli minilabın təkmilləşdirilmiş prototopidir. Lisey və universitetlərdə geniş tətbiq oluna bilən bu miniaboratoriyanın elektronika, avtomatika, mexatronikanın öyrənilməsində böyük əhəmiyyəti var.

 

Versus.Az-ın Trend-ə istinadən məlumatına görə, R.Əliyev qeyd edib ki, minilaboratoriyanın imkanları hesabına 400 sxem yığmaq və laboratoriya işi görmək olur:

 

"Minilaboratoriyanı hər bir tələbə özü də alaraq evdə işləyə bilər. Minilaboratoriyanın üstünlüyü ondadır ki, adi laboratoriya şəraitində məhdud zaman çərçivəsində geniş işlər görmək mümkün olmur. Amma çantada da daşına biləcək belə minilaboratoriyalar tələbəyə evdə də istədiyi qədər iş görməyə imkan verir. Biz həm də internet resurs yaradacağıq. Tələbə evdə oturaraq virtual dərslərlə kafedra ilə əlaqə saxlaya bilər. Mən artıq skayp vasitəsilə tələbə ilə əlaqə saxlayaraq onun sxemlərinin düzəldilməsi üçün müəyyən göstərişlər də vermişəm".

 

Bu layihənin sənayeləşməsini təklif edən R.Əliyev qeyd edib ki, bu kimi layihələrin reallaşması Azərbaycana özünün formalaşdırdığı insan kapitalı sayəsində milli sənayenin inkişafına təkan verər:

 

"Biz bu layihəni Azərbaycanda da istehsal edə bilərik. Bu halda o, ABŞ istehsalından ucuz başa gələ bilər və onun qiyməti maksimum 200 manata olar. Digər tərəfdən, belə laboratoriyaların istifadə müddəti uzunömürlü - 30-40 il olur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür