Şəhidin xatirəsinə bulaq inşa edildi

14:42 12-08-2021 | icon 612 | Şəhidlər və şahidlər
Şəhidin xatirəsinə bulaq inşa edildi

Şəki şəhərinin Oxut kənd məzarlığında şəhidin xatirəsini əbədiləşdirən abidə-bulaq kompleksi istifadəyə verilib.

 

Versus.Az-ın məlumatına görə, Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid Həmidzadə Hüseyn Akif oğlunun adına bulağın açılışı olub.

 

Açılışda şəhidin qohumları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

O, 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olub. 

 

27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı könüllülər sırasına qoşulur.

 

O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 

 

Ötən il oktyabrın 25-də Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn noyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Qəhrəman igidimiz Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. 

 

O, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq