Torpağını geri qaytarmaq arzusu ilə böyüyüb QAZİ OLDU

15:43 31-07-2021 | icon 959 | Şəhidlər və şahidlər
Torpağını geri qaytarmaq arzusu ilə böyüyüb QAZİ OLDU

44 günlük Vətən müharibəmizin canıyla, qanıyla tarix yazan qəhrəmanları torpağımızda ən çox haqqı olan insanlardır. Zəfərimizi Şəhidlərimizə, qazilərimizə, əlində silah tutaraq döyüşən hərbçilərimizə borcluyuq. Onlar öncə Vətən deyib, düşmən üzərinə əzəmətlə yeridilər. Şanlı qələbəmizi yaşatmaq üçün canlarını torpağa sipər etmiş igidlərimiz Şəhid, yaralanaraq əlini, qolunu, gözünü - bədəninin müəyyən hissəsini itirənlər Qazi oldu.

 

Şəhidlərimizin şahidləri olan qazilərimizdən biri, bu gün doğum günü olan Şıxıyev Pərviz Atlıxan oğludur. Pərviz 31.07.1981 ci ildə Cəbrayıl şəhərində anadan olmuşdur. İlk təhsilini M.Mehdizadə adına orta məktəbdə alan qəhrəmanımız 1993-cü ilin iyulunda torpaqlarımız düşmən tərəfindən işğal olunduqdan sonra ailəsi ilə birlikdə Beyləqan rayon Milabad qəsəbəsində məskunlaşmışdır.

 

Doğma yurdundan didərgin düşmüş Pərviz təhsilinin qalan hissəsini, V.Cəfərov adına Milabad kənd orta məktəbində davam etdirsə də, içində doğma torpağını geri qaytarmaq arzusu ilə böyüyürdü. Hərbi xidmətini Naxçıvan şəhərində başa vurduqdan sonra Pərviz BTK-nin avtomobil nəqliyyatının təşkili fakültəsini bitirir və İlk fəaliyyətini Abşeron rayonunda yerləşən "Embavod "mebel fabrikində başlayır.

 

Pərviz baş operator kimi fəaliyyət göstərir. Vətən sevdalısı olan qəhrəmanımız rahat həyatından, işindən ayrılaraq, evdə heç kimə demədən hərbi kurslara yazılmış, hərbi təhsilini bitirdikdən sonra, N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlamışdır. İşindəki uğurları ona bir çox mükafatlar qazandırmışdır. Pərviz İlk dəfə "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilmişdir. Bundan sonra "Silahlı qüvvələrin 95, 100 illiik medalları, müxtəlif sayda təltifnamələr, fəxri fərmanlarla da təltif olunmuşdur. Düşməni hələ Aprel döyüşlərində də sarsıdan igid döyüşçülərimizdən olan P.Şıxıyev Vətən müharibəsində də böyük şücaət göstərmişdir. Müharibə balşayandan ön sıralarda olan Pərviz bir an belə geri çəkilmədi.

 

İgid kəşfiyyatçımız Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. 1 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə 2 dəfə ağır yaralandı. Uzun sürən müalicədən sonra tam sağalmamış təkrar döyüş yoldaşlarının arasına qayıtdı.

 

Qazimiz Ali Baş Komandan İlham Əliyev tərəfindən "Füzulinin azad olunması", "Qubadlının azad olunması", "Hərbi xidmətdə fərqlənməyə görə "medalları ilə təltif olunmuşdur. Qazimiz yaraları ağır olduğundan hal-hazırda da müalicəsini davam etdirir.

 

Elvin və Mehin adında 2 övladı var. Qazimizin tezliklə sağlamlığına qovuşması diləyirəm.

 

Mehriban Sadıqova
/Tədqiqatçı/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq