Rus sülhməramlılarının HƏYASIZLIĞI

09:55 16-08-2021 | icon 563 | Müharibə
Rus sülhməramlılarının HƏYASIZLIĞI

Üzeyir Cəfərov: “Rusun himayə etdiyi erməni silahlıları sabah Azərbaycan əsgərinə atəş aça bilər”

 

Rusiya hərbçiləri yenidən Qarabağda təlimlər keçiriblər. Təlimlərdə  immitasiya edərək, minaatanlardan istifadə etməklə 50 hədəfi məhv ediblər. Minaatanlardan istifadə edərək sülhməramlıların qarşıdakı hədəfləri məhv etməsi nə dərəcədə sülhməramlıların missİyasına daxildir.

 

Versus.Az xəbər verir ki, bu barədə şərh verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, döyüş qabiliyyətlərini unutmamaq baxımından hardasa belə hərbi təlimlərin keçirilməsini qəbul etmək olar.

 

Amma rus sülhməramlılarının həyasızlığı qəbuledilməzdir:

 

“Son vaxtlar Rusiya sülhməramlıları ilə bağlı çox narahatlıq dolu xəbərlər gəlir. Artıq Azərbaycan tərəfi məsələ ilə bağlı qarşı tərəfə öz qəti mövqeyini çatdırmalıdır”.

 

Ü.Cəfərov bildirib ki, son günlər Ermənistandan Qarabağa hərbçilər daşınır, mülki əhali gətirilir. Bu bir hərbçi kimi məni çox narahat edən məsələlərdir:

 

“Dünəndən başlayaraq sosial şəbəkələr üzərindən Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun ünvanına tənqidi mesajlarımı ünvanlamışam. Görünür rus sülhməramlıları çox ağıllanıblar, ermənilərin hərəkətlərinə gös yumurlar. Əlbəttə ki, bu prosesdə Rüstəm Muradov heç bir səlahiyyəti olmayan bir şəxsdir. Ona  Rastov ermənillərindən və Moskvadan göstərişlər gəlir. Bütün göstərişlər də Kremldən idarə olunur. Maraqlı qüvvələr var ki, gərginliyin davam etməsində maraqlıdır. Son bir ay ərzində Ermənistanın indiki müdafiə naziri Rüstəm Muradovla həm telefonla danışıb, həm də Moskvaya iki dəfə səfər eliyib. Bu ondan irli gəlir ki, Moskva öz vassalına konkret tapşırıqlar verir. Ona görə də hər gün Naxçıvan və yaxud da Kəlbəcər istiqamətində atəşkəsin pozulmasının şahidi oluruq. Aydın məsələdir ki, bu atəşlər rusun təlimatı ilə açılır.  Ermənistan hansı vəziyyətdədir ki, Azərbaycana belə dil uzadır. Belə davam edərsə, Azərbaycan cəmiyyəti tələb edəcək ki, Rusiya sühməramlıları ərazini tərk eləsinlər. Bu rusun, russevərlərin xoşuna gəlməsə də, Azərbaycan məsələni kəskin şəkildə qoyacaq. Biz buna nə vaxta qədər dözəcəyik. Əsgərlərimiz yaralanır, şəhid olur. Çox məsələlərdə rus sülhməramlıları özlərini çox tərbiyəsiz aparırlar. Rus sülhməramlıları arasında sərxoşluq, əyyaşlıq halları var. Rus sülhməramlıları bir başa funksional vəzifələrindən başqa bütün işlərlə məşğul olurlar. 10 noyabr bəyannaməsinin 4-cü bəndində rus sülhməramlıların nə iş görməsi göstərilib. Azərbaycan vətəndaşı olaraq rus sülhməramlılarının özlərini aparmalarına qarşı nifrətimi bildirirəm”.

 

Hərbi ekspert hesab edir ki, ruslar hərbi təlimlər zamanı bir növ özlərini göstərirlər:

 

“Onlar “biz istənilən an hədəfi nişan alıb vura bilərik” deyirlər. Rus sülhməramlılarının həyasızlığı qəbuledilməzdir. Rus sülhməramlıları təlimlər keçirmək istəyirlərsə gedib Gümrüdə də bunu edə bilərlər. Rusun məqsədi orda qarışıqlıq yaratmaqdır. Mən narahatam ki, rusun göz yumduğu revanşist qüvvələr bir gün silahı şox şeylərdən xəbərsiz olan bizim əsgər və zabitlərinmizə tərəf yönəldə blərlər”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”