"Rusiya və Ermənistan öhdəliklərə əməl etmirsə..."

12:35 18-08-2021 | icon 672 | Geopolitika
"Rusiya və Ermənistan öhdəliklərə əməl etmirsə..."

Məhəmməd Əsədullazadə: “Qanunsuz erməni birləşmələrinin postları vurulmalıdır”

 

Regionda Qarabağla bağlı problemlər qalır. Amma problemlər Azərbaycandan yox, Ermənistan və xüsusilə Rusiyadan qaynaqlanır.

 

Bunu politoloq Məhəmməd Əsadullazadə İlham Əliyevin CNN Türk-ə verdiyi müsahibəsində verilən mesajlardan danışarkən deyib.

 

O bildirib ki, razılaşmalar pozulub və situasiya gərgin olaraq qalır:

“Azərbaycan 10 Noyabr Bəyannaməsinə və 11 yanvar üçtərəfli razılaşmasına qol çəkib. Azərbaycan gözləyirdi ki, Rusiya və Ermənistan öhtəliklərə əməl edəcək və bəyannamənin 4-cü bəndində göstərildiyi kimi erməni silahlı qüvvələri bölgədən çıxarılacaq. Proseslərin indiki mərhələsində Rusiya buna əməl etmir. Bu Azərbaycanın problem deyil. Rusiyanın Ermənistanı silahlandırılmamasına prezidentin qeydləri və açıq şəkildə Rusiya müdafiə nazirinin adını açıqlaması və 30 il ərzində verilən həmin silahların Bakıda sərgidə nümayiş olunmasını qeyd etməsi, Moskvaya ciddi mesaj idi. Yəni, bundan sonrada verilən həmin silahlar növbəti dəfə Bakıda sərgilənə bilər. Prezident Ermənistanın verdiyi mina xəritələridə həqiqəti əks etdirmədiyini vurğuladı. Göründüyü kimi, İrəvan hər fürsətdə Azərbaycana qarşıdır. Artıq bundan sonra saxlanılan erməni diversatlar Ermənistana qaytarılmaycaq".

 

Politoloq bildirib ki, Rusiya Ermənistanı silahlandırılmaqla, artıq İrəvanla sülh müqaviləsinin bağlanmasına Moskva imkan verməyəcəyini göstərir:

 

“Rusiya iki ölkə arasında sülhün əldə edilməsinə və "Zəngəzur" dəhlizinin açılmasına qarşıdır. Ümumiyyətlə, Rusiyanın nəyinə lazımdır Zəngəzur dəhlizi. Əgər, Ermənistanla sülh əldə edilsə, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Rusiyanın Qarabağda mövcudluğuna ehtiyac olmayacaq. Rusiya buna gedəcəkmi?! Təbii ki, getməyəcək. Ona görə də Azərbaycan prezidenti situasiyanın gərgin olduğunu qeyd etdi və mesajlarını verdi".

 

M.Əsədullazadə bildirib ki, indiki mərhələdə də siyasi partiyalar bu problemin həlli istiqamətində Azərbaycan hakimiyyətinə dəstək verməlidir:

 

“Milli Cəbhə Partiyası olaraq istər müharibə, lokal əməliyyatlar, istərsə də siyasi -diplomatic sahədə Azərbaycan hökumətinin yanındayıq. Rusiya və Ermənishtan öhdəliklərə əməl etmirsə qanunsuz erməni birləşmələrinin postları vurulmalıdır”.

 

M.Əsədullazadə hesab edir ki, belə bir mərhəldə Azərbaycan hakimiyyətinin yanında olmayan siyasilər vəziyyətdən sui-istifadə edərək hakimiyyəti vuramağa çalışır. Lakin belə hallara yol verilməməlidir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ