“ABŞ və NATO Əfqanıstana təzminat ödəməlidirlər”

17:16 19-08-2021 | icon 445 | Dünya
“ABŞ və NATO Əfqanıstana təzminat ödəməlidirlər”

“ABŞ və NATO Əfqanıstana ciddi miqdarda təzminat veməlidirlər”.

Versus.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün tvitter səhifəsində yazıb.



“Onlar bu vaxta qədər demokratiya və terrorla müharibədən dəm vururdular. Lakin ABŞ və NATO rəsmilərinin bəyanları və Əfqanıstanda baş verənlər bir şeyi sübut etdi: hər ikisi Əfqanıstana öz maraqları naminə daxil olub onu işğal ediblər. İndi həm Şimali Atlantika Alyansı, həm də Birləşmiş Ştatların üzərində təzminatla bağlı öhdəlikləri var”,-deyə İranın xarici işlər naziri bildirib.



Qeyd etmək lazımdır ki, Almaniyanın Bavariya əyalətinin baş naziri Markus Zeder də Əfqanstandakı situasiyaya görə ABŞ-ın məsuliyyət daşıdığını söyləyib.

“Almaniya da əfqan xalqına kömək göstərəcək, lakin bunu təkbaşına həyata keçirməyəcək. Bu yardım ilk öncə amerikalılar tərəfindən təşkil olunmalıdır”,-deyə Bavariya hökumətinin rəhbəri danışıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq