Parlamentdə yumruq-təpik davası başladı

15:41 25-08-2021 | icon 335 | Dünya
Parlamentdə yumruq-təpik davası başladı

Ermənistanda parlamentin iclasları dava-dalaşsız ötüşmür.

 

“Sputnik Ermənistan” xəbər verir ki, parlamentdə gün ərzində ikinci dava baş verib.

 

Növbəti dava iqtisadi məsələlər komissiyasının rəhbəri, “Hayastan” blokunun deputatı Vahe Akopyanın çıxışı zamanı düşüb.

 

Çıxışı zamanı hakim partiyadan kimsə ona söz atıb, bu zaman deputat buna cavab verib və tribunanı tərk edərək iqtidaryönlü “Vətəndaş Müqaviləsi” fraksiyasına doğru gedib.

 

Onlar əvvəl bir-birlərinə söz atıblar, sonra yumruq davası başlayıb.

 

Hökumətyönlü deputatlardan biri Vaaqn Aleksanyan Vaha Akopyana təpik vurub.

 

Parlamentin spikeri Alen Simonyan dərhal iclası kəsib və yayımı bağlamağı bildirib. Artıq ikinci dəfə iclas yarımçıq qalıb.

 

Bundan sonra da dava bitməyib, təhlükəsizlik xidməti müdaxilə edərək tərəflər arasında sakitlik yaratmağa çalışıb.

 

Jurnalistlərin baş verənləri lentə alınmasının qarşısı bir daha alınıb, onların iclas otağına girmələrinə icazə verilməyib.

 

Xatırladaq ki, bundan əvvəl Ermənistanda müxalif və hökumətyönümlü deputatların bir-birinə butulka atmaları xəbəri yayılmışdı.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq