Müəllimlərin NƏZƏRİNƏ

13:21 27-08-2021 | icon 400 | Təhsil
Müəllimlərin NƏZƏRİNƏ

Peşə məktəblərinə işə qəbul müsabiqəsi elan edildi

 

Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu keçirilir.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin işə qəbulu müsabiqəsi 27 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.

 

Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.

 

İşə qəbul müsabiqəsi iki mərhələdən (elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.

 

İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək “Müraciət forması”nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciət edənə ən çoxu iki yaxın ixtisas üzrə beş vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.

 

Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

- Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək;

- Ölkəmizdə və xarici ölkələrdə keçiriləcək təlimlərdə iştirak;

- Rəqabətə davamlı əməkhaqqı;

- Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.

 

Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq