Prezident Xankəndi və rusiyalı sülhməramlılar haqqında nə düşünür?

17:00 27-08-2021 | icon 692 | Geopolitika
Prezident Xankəndi və rusiyalı sülhməramlılar haqqında nə düşünür?

Elxan Şahinoğlu: "4 ildən sonra rusiyalı hərbçilərin Qarabağı tərk etməsi və ..."

 

Politoloq Elxan Şahinoğlu işğaldan azad edilən ərazilərimizlə bağlı Azərbaycanın hərbi və siyasi planlarını şərh edib.

 

Versus.az politoloqun şərhini təqdim edir:

 

Müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: “Azərbaycan ordusu Şuşanı azad edəndən sonra Xankəndiyə niyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?”

 

Yerli və xarici jurnalistlər müharibədən sonra prezident İlham Əliyevə bu sualı verməyiblər və dövlət başçısı özü də konkret olaraq Azərbaycanın nəzarət etmədiyi ərazilərə və rusiyalı hərbçilərin bölgədə yerləşməsi məsələsinə geniş şəkildə münasibət bildirməyib. Buna baxmayaraq, İlham Əliyev cəmiyyət və siyasi ekspertlər arasında bu mövzunun müzakirə olunduğunu bilir. Ona görə də İlham Əliyev Azərbaycanın nəzarət etmədiyi ərazilər və rusiyalı hərbçilərin bölgədə yerləşməsi mövzusuna başqa formada cavab verməyə çalışır. Misal üçün dövlət başçısı avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zaman bunları dedi:

16011931193881923397_1000x669.jpg (304 KB)

 

“Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq.

 

Mən görürəm, bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində”.

 

İlham Əliyev bununla haqqında danışılan suala sətiraltı cavab verib. Birincisi, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi, ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən qış ayları yaxınlaşdığına görə işğaldakı rayonları ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşidirlməsinə razılıq verildi. İkincisi, Azərbaycan ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, içərisindəki bir qisim ərazini də, o cümlədən Hadrut və Şuşanı azad edib və bu daha böyük uğurdur.

 

Buna baxmayaraq, İlham Əliyev növbəti mərhələ haqqında da düşünür. Bu mərhələdə 4 ildən sonra rusiyalı hərbçilərin Qarabağı tərk etməsi və Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması aktuallaşacaq.   Bunun üçün müharibəyə ehtiyac olmaya da bilər. Ancaq rəsmi Bakı bu mərhələdə də müxtəlif problemləri həll etməli olacaq. Bu baxımdan Qarabağdan Azərbaycan qanunlarına tabe olmaq istəməyən ermənilərin köçünün sürətlənməsi, su, elektrik və digər sosial problemlərinin artması, o cümlədən Gorus-Qafan yolunun nəzarət altına alınması məqsədilə həyata keçirilən əməliyyat yeni mərhələdə qarşıya qoyulan məqsədlərə çatmaq üçündür.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ