“Əgər qazi hərbi hissəni özbaşına tərk edibsə..."

07:11 30-08-2021 | icon 480 | Müharibə
“Əgər qazi hərbi hissəni özbaşına tərk edibsə..."

Şair Ramaldanov: “Tərk edəndən sonra hansı istiqamətə getməsinin fərqi yoxdur...”

 

Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ermənilərin qondarma Milli Təhlükəsizlik Xidməti isə deyir ki, həmin hərbçi guya “Arsax”ın sərhədini keçib.

 

Azərbaycanın öz torpaqlarında Azərbaycan əsgəri sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilər tərəfindən tutulursa, bu nə deməkdir?

 

Hərbi ekspert Şair Ramaldanov açıqlamasında bildirib ki, Ağdərəyə gedən qazinin əməlində cinayət tərkibinin olub-olmaması müəyyən bir reqlament üzərində müəyyən edilir.

 

Ekspertin sözlərinə görə, əgər onun əməlində cinayət tərkibi varsa, təbii ki, buna hüquqi qiymət veriləcək:

 

Qospital da hərbi hissə sayılır. Əgər qazi hərbi hissəni özbaşına tərk eliyibsə, hansı istiqamətə getməsinin fərqi yoxdur, o artıq nizamnamənin tələblərini pozub. Və təbii ki, cinayət məsuliyyəti daşıya bilər”.

 

Ş.Ramaldanov hesab edir ki, Müdfiə Nazirliyinin cinayət işinin qaldırılması ilə bağlı bəyanatı heç kimə hesabat vermək üçün deyil. Qazini Ağdərədə yox, Tərtərdə tutsaydılar da, ona cinayət işi qaldıracaqdılar. Yəni cinayət işinin qadırılması əsgərin hara getməsi, kimin əlinə düşməsinə bağlı deyil.

 

Ş.Ramaldanov bildirib ki, cinayət işini ağırlaşdıran səbəblər ola bilər:

 

Biz bilmirik əsgər ora necə, hansı niyyətlə, hansı psixoloji durum altında keçib. Bunlar hamısı istintaq qrupu tərəfindən araşdırılacaq və verilən hüquqi qiymət əsasında Azərbaycan vətəndaşı cavab verəcək. Ona görə də prosesləri qabaqlamaq olmaz. İstintaq bitəndən sonra hər şeyi biləcəyik”.

 

O ki, qaldı özlərini “Arsax” milli təhlükəsizlik xidməti adlandıran ermənilərin abırsızcasına “həmin hərbçi “Arsax”ın sərhədini keçib” deməsinə və bundan sonra Azərbaycan Müdafiə Nazirliyinin “onun haqqında cinayət işi qaldırmışıq” bəyanatına, hərbi ekspert bu məsələlərə də birmənalı yanaşıb:

 

Ermənilər nə gəldi danışa bilər. Ancaq biz bilirik ki, Azərbaycan daxilində olan müəyyən bir ərazi ermənilərin yox, sülhməramlı qüvvələrin nəzarətindədir. O ərazilərə də gediş-gəliş məhdudiyyətlidir. Bu da ola bilər ki, rus sülhməramlıları bu prosesə ordakı erməniləri cəlb etsinlər, bu başqa məsələdir. Ancaq Azərbaycanda ermənilərin nəzarət etdiyi ərazi yoxdur. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi var və ora necə, hansı rejimdə girmək, hansı icazə ilə girmək mümkündür, hamsı müəyyən bir təlimnamələrdə öz əksini tapıb. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərə onların icazəsi və onların iştirakı ilə girmək olar. Yəqin ki, məsələlər araşdırılacaq və öz qiymətini alacaq”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”