SƏM-də İranda baş verənlər müzakirə edilib

12:34 11-01-2018 | icon 523 | Siyasət
SƏM-də İranda baş verənlər müzakirə edilib

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Versus.Az-ın məlumatına görə, Əməkdaşlıq Mərkəzi İranda baş verənləri müzakirə edərək İranda yaşayan azərbaycan türklərinin haqq və hüquqlarının daha aktiv şəkildə müdafiə olunmasına və cənublu qardaşlarımızın daha ciddi təşkilatlanmasına ehtiyac olduğunu bildirib.
 
Ötən ilin yekunlarını müzakirə edən partiya sədrləri Beynəxalq İnstitutların illik hesabatlarında ölkəmizdə iqtisadi azadlıqların, siyasi azadlıqların və insan haqlarının vəziyyətinin daha da pisləşdiyini qeyd ediblər. Çıxışçılar Azərbaycan hakimiyyətindən bu cür rüsvayçı fəaliyyətləri dayandırmağı tələb ediblər.
 
Əməkdaşlıq Məkəzi yanvarın 24-də saat 12:00-da KXCP-nin qərargahında Dağlıq Qarabağla bağlı Dəyirmi Masa keçirmək haqqında qərar qəbul edib. Dəyirmi Masaya bütün siyasi partiyalar, QHT-lər, mətbuat nümayəndələri dəvətlidir.
 
Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.
 
Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu