Üzgüçümüz üçüncü qızıl medalına doğru

10:06 03-09-2021 | icon 707 | İdman
Üzgüçümüz üçüncü qızıl medalına doğru

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı finala vəsiqə qazanıb.

 

Versus.Az xəbər verir ki, S12 kateqoriyası üzrə 100 metr baterflay üsulu ilə üzgüçülük yarışında iki idmançımız təsnifat mərhələsində mübarizə aparıb.

 

Bunlar ikiqat Paralimpiya çempionumuz Roman Saley və Azərbaycanın ən gənc Paralimpiya qızıl medalçısı Vəli İsrafilov olub. Beş nəfərin yarışdığı təsnifat mərhələsində Belarus əsilli idmançımız hamıdan tez – 58.99 saniyəyə finişə çatıb. Vəli isə 1:10.59 dəqiqə nəticə göstərməklə sonuncu olub.

 

Beləliklə, Roman Saley bu gün Bakı vaxtı ilə saat 13:53-dən etibarən final mərhələsində mübarizə aparacaq. Səkkiz nəfərin yarışdığı finalda Saley tən ortada – dördüncü sırada (təsnifat mərhələsində hamıdan ən yaxşı nəticə göstərdiyi üçün – S.M.) mübarizə aparacaq.

 

Qeyd edək ki, Azərbaycan hazırda 11 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sıradadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq