Rauf Məmmədov uğurla irəliləyir

10:10 03-09-2021 | icon 646 | İdman
Rauf Məmmədov uğurla irəliləyir

İslandiyanın paytaxtı Reykyavik şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib.

 

Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda rusiyalı Anton Demçenko ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, turnir cədvəlinin liderlərindən olan R.Məmmədov qitə çempionatında məğlubiyyətsiz irəliləyir.

 

Digər şahmatçılarımızdan Nicat Məmmədov polşalı Kasper Pyorun, Aydın Süleymanlı Ruben Qideon Kölner (Almaniya), Read Səmədov İslandiya təmsilçisi Hedin Steynqrimson ilə heç-heçə ediblər. Nicat Abbasov isə gürcüstanlı Levan Pantsulaya uduzub.

 

Qeyd edək ki, Rauf Məmmədov ötən turların nəticəsinə görə 6,5 xalla 1-2-ci yerləri bölüşür. Təmsilçilərimizdən N.Məmmədov isə liderdən cəmi yarım xal (6 xal) geri qalaraq 3-8-ci yerləri bölüşür. Digər şahmatçılarımız N.Abasov, A.Süleymanlı və R.Səmədov 4,5 xal toplayıblar.

 

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq