“Kadrların yerdəyişmə prosesi həyata keçirilir”

13:45 11-01-2018 | icon 429 | Siyasət
“Kadrların yerdəyişmə prosesi həyata keçirilir”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

Versus.Az-ın məlumatına görə, iclasda ictimai-siyasi vəziyyət, 2018-ci il üçün fəaliyyət proqramının təsdiqlənməsi, yanvarın 30-u partiyanın 19 illiyinin keçirilməsinə dair hazırlıq işlərinə başlanması və təşkilatı məsələlər müzakirə olunub.

ALDP sədri 2018-ci ilin başlanması münasibətilə toplantı iştrakçılarını təbrik edib və işlərində uğurlar arzulayıb:

“Hakimiyyət iqtisadi və sosial problemləri həll etmək fikrində deyil. Hakimiyyətdaxili çəkişmələr bu problemləri daha da ağırlaşdırıb. Uğursuz kadr siyasəti davam edir. İqtidar illər boyu islahat adı ilə kadrların yerdəyişmə prosesini həyata keçirir. Artıq bu imkan da tükənib. Etibar etdiyi kadrlar tapa bilmilər ki, boş qalan vəzifələrə təyin etsinlər. Heç bir dövlətdə islahat adı ilə yerdəyişmələr edilmir”.

Fuad Əliyev vurğulayıb ki, prezident seçkilərinə 10 ay qalıb və partiya olaraq əsas məqsəd təşkilatlanma işlərini və siyasi fəaliyyəti gücləndirmək lazımdır:
“Biz ədalətsizliklə mübarizəyə və xalqla bir yerdə olmağa hazır olmalıyıq”.

Sonra partiyanın 19 illiyinin keçirilməsinə dair hazırlıq işlərinin başlanması, bəzi təşkilatı məsələlərə baxılıb və 2018-ci il fəaliyyət proqramı təsdiq edilib.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol