Gəncə şəhər Endokrinoloji Xəstəxanasında özbaşınalıq - VİDEO

15:04 22-11-2018 | icon 1630 | Sağlamlıq
Gəncə şəhər Endokrinoloji Xəstəxanasında özbaşınalıq - VİDEO

 

Respublikanın ikinci böyük şəhərin düz mərkəzində yerləşən regional Endokrinoloji xəstəxanasında ciddi qanun pozuntuları ilə müşayət olunan hadisələr baş verir. Belə ki, adıçəkilən səhiyyə müəssisəsinin baş həkim Sevda Əskərova və onunla əlbir olan keçmiş baş həkim, hazırda isə Nizami yurdunun Baş endokrinoloqu Süleyman Piriyev dövlət xəsətəxanasında qaz vurub-qazan doldururlar. Özü də imkanı olan və olmayan xəstələrin hesabına. Dövlət xəstəxanasını öz şəxsi obyekti kimi istifadə edən bu şəxslər buranı korrupsiya ocağına çevirərək istədiklərini edirlər. Əslində xalq arasında “şəkər xəstəxanası”deyilən bu səhiyyə “ocağı”ndakı vəziyyəti yazının müəllifi olan bəndəniz buraya xəsətə gətirən zaman təsadüf nəticəsində görüb. Rastlaşdığım biabırçılığı bir qədər sonra aidiyyatı dövlət qurumlarının və oxucuların diqqətinə ərz edəcəm.



İndis isə apardığım qısa araşdırma zamanı əldə etdiyim məlumatlar haqqında. Ədalət naminə qeyd edim ki, hər ay dövlət tərəfindən xəstəxanaya şəkərli diabetdən əziyyət çəkən xəstələrin müayinə və müalicəsi üçün lazım olan dərmanlar verilir. Həmçinin, bura Endokrinoloji müəssisə kimi müxtəlif təyinatlı tibbi ləvazimatlar, və inventarlarla təmin olunur. Lakin bunlar xəstəxana rəhbərliyinin “fəaliyyəti”sayəsində yoxa çıxır. Necə və hansı şəraitdə, bax bunu müvafiq qurumlar araşdırmalı və tapmalıdır. Araşdırma zamanı xəsətələrdən əldə etdiyimiz məlumata görə, Səhiyyə nazirliyi tərəfindən verilən Esensial, Aktovegin və digər preparatlar mənimsənilir və xəstələrə verilmir. Onların özlərinə aldırırlar. Konkret desək,satılır. Çarpayılarda olan yataq dəstləri isə ancaq görüntü üçündür. Çünki xəsətəxana personalı pasiyentlərdən yataq dəsti gətirməyi tələb edir. Səbəb kimi isə yuyucu vasitələrin və yumağa yerlərinin olmadığını göstərirlər. Xəstələr və ya onların yaxınları etiraz etdikdə işçilər deyir: ”biz nə edə bilərik, baş həkimin göstərişi belədir”.



Məlumatlı mənbəmizin verdiyi informasiyaya görə,Sevda Əskərova Endokrinoloji xəstəxanaya baş həkim təyin olunandan (3 ildi) sonra 3 həkim-cərrah, nevropatoloq və həkim- reanimatoloq öz ərizəsi ilə işdən çıxıb.Səbəbi isə çox sadədir. Qoyulan aylıq haqqın məbləğini artırılması…Dövlətin dəstəyi ilə açılan “Diabet Məktəbi” isə ancaq ad olaraq mövcuddur və fəaliyyət göstərmir. Çünki “Diabet məktəbi” nin fəaliyyət göstərməsi həm baş həkimin, həm baş endokrinoloq Süleyman Piriyevin, həm də Terapiya şöbəsinin müdiri Ulduz Usubovanın maraqlarına ziddir. Təbii ki, bu məktəbin fəaliyyəti şəkərli diabetdən əziyyət çəkən xəstələri maarifləndirməyə doğru yönəldiyindən, adları çəkilən həkimlərin “xəstə tutması”na və xəstələri özlərindən asılı saxlamağa imkan verməyəcək.



Araşıdrma zamanı o da məlum oldu ki, baş həkim xəstəxana personalına aid olan tualeti büdcədən ayrılan vəsait hesabına təmir etdirib və özü üçün “xüsusiləşdirib”. Xəstə və həkimlərin istifadəsinə verilən tualet isə bərbad vəziyyətdədir. Belə ki, mətbəxin yanında yerləşən ayaqyolunda su yoxdur və ciddi anti-sanitarya höküm sürür. Cərrahi əməliyyatlar ümumiyyətlə aparılmır. Əldə etdiyimiz digər məlumata görə,xəstəxananın Mətbəxi ancaq baş həkimin şəxsi xidmətləri üçün işləyir – baş həkim üçün mürəbbələr, xəngələr, turşular hazırlanır. Onu da qeyd edək ki, baş həkim Sevda Əskərova Elmar Vəliyevin kadrıdır. Hətta, o hər yerdə, o cümlədən xəstəxanada da işçiləri hədələyərək mənim arxam güclüdü, arxamda Elmar Vəliyev durur və mən nə istəyirəmsə onu da edəcəyəm. Baş həkim idaəetmə ilə məşğul olmaq əvəzinə USM (ultrasəs ) müayinəsi də aparır. Qiyməti isə elə də çox deyil, cəmi 15 AZN. Maraqlıdır ki, xəstəxanada USM həkimi və USM kabineti olduğu halda Baş həkim özü dövlət tibb müəssisənin 2-ci mərtəbəsindəki 5 saylı otaqda günün istənilən saatında USM müayinəsi aparır və pullu tibbi xidmət göstərir.



Diqqətçəkən faktlardan biri də ondan ibarətdir ki, baş endokrinoloq Süleyman Piriyev S. Əskərovaya bütün qanunsuz işlərində dəstək olur. Belə ki, o, xəstəxanaya qalxanvari vəzinin (xalq arasında “zob” deyilən xəstəliyin) US müayinəsi üçün gələn bütün xəstələri baş həkim S. Əskərovanın yanına yönəldir. Onların bütün bu əməlləri videoçəkilişdə öz əskini tapıb.



Nəzərə alsaq ki, baş həkimin bu müayinələri aparmaq üçün nə ştatı, nə də hüquqi ixtiyarı yoxdur. Onun bu hərəkətləri Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisəsinin rəhbərinin nümunəvi (baş direktor, direktor, baş həkim, rəis) vəzifə T Ə L İ M A T I”nın II. Vəzifə öhdəlikləri hissəsinin tələbləri ilə daban-dabana ziddir. Çünki “Baş həkim” məsul vəzifə olduğu üçün o nəinki aparatda baxmaq, ümumiyyətlə praktiki işlə məşqul olmaq hüququ yoxdur. Tibb bacılarının dediyinə görə, sistem qoydurmağa gələn hər xəstə üçün baş həkim onlardan 5 manat haqq istəyir və onları xəstəxanaya hüquqi mənbəyi bilinməyən sənədlərlə “oformit” (rəsmiləşdirmə) etdirməyi tələb edir (bunu xəstələrin adına dərman və qida yazdırıb silmək və mənimsəmək üçün optimal addım hesab etmək olar) Xəstəxanada yatmaq üçün qeydiyyata salmağın üçün ilkin olaraq 20 manat tələb olunur. Epikriz üçün müraciət olunanda xəstənin yatmamağı üçün əlavə 50 – 100 manat arası qiymət “oxunur”. Hərbi komisarlıqdan göndərilən çağırışçılara isə ya xəstəxanada 3 gün yatmaları deyilir (99 faiz şəxs bundan imtina edir), ya da onlardan 50 manat tələb olunur. Təbii ki, bu çağırışçıların da adına dərman və qida məhsulları yazılır və çox sadə üsullarla silinir. Gəncə şəhərin baş endokrinoloqu S.Piriyev isə bir qədər insaflıdır. Çünki o, ilkin xəstələri qeydə almaq üçün10 manat tələb edir. Özünün konsultasiyası isə 15 manatdır. Bəli, tibbi xidmətlərin pulsuz olduğu dövlət xəstəxanasında…



Qeyd edək ki, Süleyman Piriyevin 75 yaşı olsa da, həm şəhərin baş endokrinoloqu kimi, həm də Endokrinoloji xəstəxanada həkim-endokrinoloq kimi çalışır. Baxmayaraq ki, Gəncə kimi kadr potensialı yüksək olan şəhərdə onu əvəz edə biləcək elmi dərəcəsi olan, o cümlədən gənc uzman kadrlar da var. Gəncədəki mənbəmiz onu da vurğulayıb ki, bu xəstəxanada çalışan həkimlərdən birinin 3 gəlini şəkərli diabet xəsətəsi olmadığı halda onalar “şəkərli diabetin ən kəskin forması” diaqnozu ilə əlil kimi pensiyaya çıxarılıb. (informasiyanın dəqiqləşdirilməsi getdiyi üçün bu mövzuya növbəti araşdırmada qayıdacağıq)



Yuxarıda sadalanan hallar Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Konkret desək, AR. Cinayət məcəlləsinin 308-ci-Vəzifə səlahiyyətlərindən sui — istifadə, 311.1-ci-Rüşvət alma, 311.2-ci-Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə görə rüşvət alma Maddələrinin tələblərinin pozulması halları kimi cinayət məsuliyyəti yaradır.



Qeyd olunan faktları əsas tutaraq, inanırıq ki, Səhiyyə Nazirliyinin, Gəncə şəhəri İcra Başçısı Niyazi Bayramovun, Gəncə şəhəri Səhiyyə İdarəsi yeni təyin olunan rəisi Nazim Əhmədovun və digər aidiyyati dövlət qurumlarının müdaxiləsi nəticəsində Baş həkim Sevda Əkərovanın qanunsuz əməllərinə qarşı müvafiq tədbirlər görüləcək və onun əlaltıları tərəfindən xəstəxanada yaranan dərəbəyliyə, özbaşınalığıa, qanunsuz əməllərə son qoyulacaq.



Biz də redaksiya olaraq, bu kimi halları işıqlandırmaqla, ölkə başçısı Cənab İlham Əliyevin qanun pozuntularına və məmur özbaşınalığına qarşı mübarizə tədbirlərinə və çağırışlarına dəstək olamağa çalışırıq./azbelediyye.info/

 



Müəllif: İxtiyar Həsənli

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi