"Sənətə məndən sonra gələnlərə ev verilib, mən hələ də əziyyət çəkirəm"

12:58 06-09-2021 | icon 489 | Mədəniyyət
"Sənətə məndən sonra gələnlərə ev verilib, mən hələ də əziyyət çəkirəm"

Versus.az Musavat.com.a istinadən xəbər verir ki, peşəkar vokal ifaçısı Süleyman Zeynalov dövlətdən yardım istəyib:

 

"Öncə tanımayanlara özüm haqqında bir qədər məlumat vermək istəyirəm. Müəllim ailəsində dünyaya göz açmışam. Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə atamın bibisi oğludur. Vokal sahəsində ali təhsilim var. İncəsənət Universiteti və Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirmişəm. "Bənövşə" uşaq xorunun solisti olmuşam. 1977-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının kapella xorunun,1978-ci ildə açılan Azərbaycan Dövlət Konsert Birliyinin solisti olmuşam. Eyni zamanda 15 ildən çox əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" ansamblının, Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin üzvü idim. Dövlət tədbirlərində, cəbhə bölgəsində könüllü çıxışlarım olub. SSRİ xalq artistləri Zeynəb Xanlarova, Fidan Qasımova, Xuraman Qasımova, xalq artistləri Sevda İbrahimova, Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov və b. mənə hər zaman dəstək olublar.


2006-cı ildə əməkdar artist fəxri adına layiq görülmüşəm. 2007- ci ildə isə mənzil şəraitimin yaxşılaşdırılması ilə bağlı müvafiq strukturlara müraciət etdim.

Hazırda kirayədə yaşayıram. İllər əvvəl həyat yoldaşım ağır xəstələnmişdi. Evimi satıb onu xarici ölkələrdə müalicə etdirdim. Amma faydası olmadı. O vəfat etdikdən sonra iki uşaqla kirayələrdə qalmışam. 2007-ci ildə cənab prezidentə mənzillə bağlı müraciət etdim. Dəfələrlə qəbullarda olmuşam.
Hətta bir dəfə Milli Aviasiya Akademiyasında konsert verdikdən sonra akademik Arif Paşayevə də müraciət etdim. Sağ olsun, dəstək oldu. Sənədlərimin müvafiq qurumlara çatmasına kömək etdi.
Mədəniyyət Nazirliyi də öhdəsinə düşən prosedurları yerinə yetirib.

Təqdim etdiyim sənədlərdən gördüyünüz kimi, millət vəkilləri Qənirə Paşayeva, Rəfael Hüseynov, Azay Quliyev, Razi Nurullayev, Aqil Abbas mənim həm mənzillə təmin olunmağım, həm də Prezident təqaüdünə təqdim edilməyim üçün köməklərini əsirgəməyiblər. Lakin mənə hələ də bir cavab verilməyib".

Əməkdar artist daha gənc ifaçıların mənzillə təmin olunmasına etiraz etməsə də, onunla həmyaşıd olanların şəraitinin nəzərə alınmasını xahiş edir:

"Məndən sonra sənətə gələnlərə ev verilib. Məsələn, Lalə Məmmədova. Gözəl ifaçıdır. Amma sənətə sonradan gəlib. Yaxud, Sevda və Emma Ələkbərzadə bacıları. Mən paxıl deyiləm. Hamısı alsın. Amma mən hələ də əziyyət çəkirəm".

Əməkdar artist Süleyman Zeynalov 70 yaş ərəfəsində mənzillə təmin olunacağına ümid edir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq