İlin ən yaşlı TƏLƏBƏSİ

09:39 08-09-2021 | icon 407 | Təhsil
İlin ən yaşlı TƏLƏBƏSİ

“Riyaziyyatdan hazırlaşmağıma oğlum kömək edirdi”

 

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.

 

Belə ki, V qrup üzrə qəbul olan 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq.

 

Qəbul imtahanlarına hazırlaşmaqda heç bir çətinlik çəkmədiyini deyən M. Səttarov özünü şanslı saydığını söyləyib:

“Mən ali təhsil almaq haqqında çoxdan düşünürdüm, buna böyük marağım və həvəsim var idi. Çalışırdım ki, imtahanlara hazırlaşım, özümü sınayım. Davamlı imtahanlarla, hazırlıq və dərslərlə maraqlanırdım, çoxlu bədii ədəbiyyat oxuyurdum. Bununla bərabər, həm də işimə görə ali təhsil almağı özümə borc bilirdim. Hazırda Xəzər rayonu, Mərdəkan bələdiyyəsində çalışıram, Gənclər və idman üzrə komissiyanın sədriyəm. Bununla əlaqədar orta təhsilimi aliyə yüksəltməyə qərar verdim”.

 

M. Səttarov imtahan hazırlaşmaq üçün müəllim yanına getmədiyini vurğulayıb:

“İmtahanlara öz gücümlə hazırlaşmışam. Çoxlu sayda materiallara internet üzərindən çatmaq olur. Kitablarda məlumatlar var, ən çox Azərbaycan dili, ədəbiyyat və rus dilini oxuyurdum, testlərə diqqət edirdim. Riyaziyyat fənnindən bir az zəif idim, buna hazırlaşmağıma oğlum kömək edirdi. Onun köməyi məni çox irəli apardı. Oğlum Milli Aviasiya Akademiyasında təhsil alır, hazırda ikinci kurs tələbəsidir”.

 

Həmsöhbətimiz imtahana gedərkən stres keçirdiyini etiraf edib:

“İmtahan keçirilən binanın qarşısında mənim yaşımda valideynlər yığışmışdı, mən uşaqlarla birlikdə içəri keçəndə fərqli hisslər yaşadım. İmtahan otağında, hətta binada yaşıdlarım yox idi. Amma təhsilə olan sevgim bu stressi azaldı. Mənə elə gəlir ki, universitetdə oğlum yaşda tələbələrlə bir qrupda təhsil almaq böyük problem olmayacaq. Çünki təhsil almaq üçün yaş həddi yoxdur, insan hər zaman oxumalı, təhsil almalı, öyrənməlidir. Bu fikir elə problemlərdən keçməyə kömək edəcək. Ali təhsil almağım qeyd etdiyim kimi işim üçün də vacib idi. Bundan sonra işimdə daha uğurlu addımlar atmağa, daha perspektivli yol açılmasında kömək edə bilər. İşlə universiteti uyğunlaşdıra bilərəm. Yəqin ki, çətinliyim olmayacaq”.

 

Bundan əlavə, M. Səttarov ali məktəbə hazırlaşan gənclərə məsləhət verməyi də unutmayıb:

“Əslində ali məktəbə hazırlaşmağın heç bir çətinliyi yoxdur. Sadəcə oxumaq, oxumaq və yenə də oxumaq lazımdır. Gənclərə tövsiyəm budur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq